Türkiyədəki zəlzələyə görə Azərbaycan quru sərhədləri aça bilər? - AYDINLIQ GƏTİRİLDİ
“Ümumiyyətlə, hal-hazırda qərar verilib ki, quru sərhədlər Naxçıvan Muxtar Respublikası üzərindən açıqdır. Yəni, bu Naxçıvan vətəndaşlarına aiddir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, qaldı ki, Gürcüstanla və digər ölkələrlə olan quru sərhədlərimizə pandemiya hələ də bitmədiyi üçün ümumi verilən qərar odur ki, quru sərhədlərimiz bağlı qalsın: “Lakin Türkiyə üzərindən olan sərhədimiz açıqdır. Naxçıvan vətəndaşları hətta öz avtomobilləri ilə belə Türkiyə ərazisinə keçid edə bilirlər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB