Zəlzələdən təxliyə edilən Azərbaycan vətəndaşları Vətənə yola salınıb

Zəlzələdən təxliyə edilən Azərbaycan vətəndaşları Vətənə yola salınıb

Türkiyənin zəlzələ baş vermiş 12 vilayətindən təxliyə edilən Azərbaycan vətəndaşları Gürcüstan vasitəsilə Vətənə gətiriliblər

SİA-nın əldə etdiyi məlumata görə, təxliyə edilənlərdən təxminən 100 nəfəri "Qırmızı Körpü" sərhəd keçid məntəqəsindən Azərbaycana daxil olublar.

Təxliyə prosesi Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə baş tutub.

Gürcüstan vasitəsi ilə Türkiyədən ümumilikdə 205 Azərbaycan vətəndaşı təxliyə ediləcək.

Digər Azərbaycan vətəndaşları da hazırda Gürcüstan ərazisindədir və onların gecə saat 02:00-dək Azərbaycana daxil olacağı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə