Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı tərəfindən "Heydər Əliyev İli" çərçivəsində gənc partiya fəallarının iştirakı ilə Heydər Əliyev Mərkəzinə və Azərbaycan – Türkiyə qardaşlıq parkına ekskursiya təşkil olunub. Heydər Əliyev Mərkəzində gənclərə müasir və müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Liderimizin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlər haqqında məlumatlar verilib və Mərkəzin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb. Gənclər Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponat, fotoşəkil və kitablarla tanış olublar. Daha sonra ekskursiya Azərbaycan – Türkiyə qardaşlıq parkında davam etdirilib. Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova qardaş Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan təlafatı və dağıntılar barədə məlumat verərək, bu faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüzünlə başsağlığı verib, yaralanalara Allahdan şəfa diləyib. Azərbaycan və Türkiyəni tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Bu səbəbdən də ölkələrimiz arasında olan münasibətlərimiz dostluq, qardaşlıq prinsiplərinə və strateji müttəfiqliyə əsaslanır. Tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, humanitar, hərbi və digər istiqamətlərdə uğurla inkişaf edir. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir. Türkiyə-Azərbaycan birliyi dərin köklərə malikdir, Türkiyə Vətən müharibəsinin ilk günlərindən Azərbaycanın mübarizəsində daim onu dəstəkləyib. Qardaş ölkə Azərbaycanı haqqın, ədalətin tərəfində olduğunu nümayiş etdirib.
Nəzakət Ələdinqızı
---
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB