Prezident İlham Əliyev: “Qoşulmama Hərəkatı sədrinin BMT TŞ-də daimi üzvü olması ədalətli yanaşma olacaq”
Məlum olduğu kimi, fevralın 7-də Prezident İlham Əliyev Namibiya Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Klemens Xanduukeme Kaşuupulvanın etimadnaməsini qəbulu zamanı bildirib ki, gələn ay Azərbaycanda Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində Zirvə Görüşü keçiriləcək: “Gələn ay Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində Zirvə Görüşünə ev sahibliyi edəcək”.Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının üzvü olaraq bu təşkilatın təsisatlanması istiqamətində işlər apardığını vurğulayıb. Dövlət başçısı deyib ki, BMT Təhlükəsizlik Şurasında islahatlar prosesi çərçivəsində Qoşulmama Hərəkatına sədr dövlətin Təhlükəsizlik Şurasında daimi üzv kimi rotasiya qaydasında təmsil olunması mexanizminin nəzərdən keçirilməsi Azərbaycanın təşəbbüsüdür. Bu xüsusda Qoşulmama Hərəkatına üzv dövlətlər arasında məsləhətləşmələrin aparılması vacibdir, bu cür yanaşmanın daha ədalətli olacaq: «Qoşulmama Hərəkatı çərçivəsində BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı müzakirələrin aparılması vacibdir. Azərbaycan Hərəkatın sədri olan dövlətin BMT Təhlükəsizlik Şurasında rotasiya qaydasında daimi üzvü olması barədə təşəbbüslə çıxış edib”.Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin bu il başa çatdığını xatırladaraq, ölkəmizin bu məsələni institusional mexanizm kimi formalaşdırmaq niyyətində olduğunu, Hərəkata sədrlik edəcək dövlətlərin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasının daha ədalətli yanaşma olacağını qeyd edib.Azərbaycan Prezidenti, həmçinin Vyetnam şirkətlərini azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində iştiraka dəvət edib.Vyetnamın ölkəmizdə yeni təyin olunan səfiri Danq Min Xoy bildirib ki, Vyetnam Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini dəstəkləyir və Vyetnam xalqının Azərbaycan tərəfindən çoxlu sayda vyetnamlı tələbənin ölkəmizdə təhsil alması üçün şəraitin yaradılmasını yüksək qiymətləndirir. Həmçinin, Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində ayırdığı təhsil təqaüdü proqramları üzrə vyetnamlı tələbələrin Azərbaycanda təhsil aldıqlarını diqqətə çatdırıb.
PREZİDENT İLHAM ƏLİYEVİN HƏYATA KEÇİRDİYİ UĞURLU XARİCİ SİYASƏTİN NÖVBƏTİ TƏZAHÜRÜ - DAHA BİR İL
Azərbaycanın BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatına - Qoşulmama sədrlik etməsi ölkəmizin dünya birliyində qazandığı böyük nüfuzundan xəbər verir. Qeyd edək ki, Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycan, Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra Qoşulmama Hərəkatına üzv dövlətlərinin Hərəkata əlavə 1 il sədrlik etmək müraciətini müsbət cavablandırıb. “Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycan, Hərəkatın növbəti sədri olacaq. Qısa müddət ərzində Azərbaycan Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazandı”. Bunu Prezident İlham Əliyev ötən il iyulun 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib. Bu, Prezident İlham Əliyevin beynəlxalq miqyasda yüksək nüfuzunun göstəricisidir. Dövlət başçısı bildirib ki, qısa müddət ərzində Azərbaycan Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazandı: “Məmnunluqla qeyd edirəm ki, Azərbaycan sədrliyi dövründə digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına müvəffəq olub. Tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının yuxarıda qeyd olunan onlayn Zirvə görüşündə iştirak ediblər. Daha sonra Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyib. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edir”.
PREZİDENT İLHAM ƏLİYEVİN QLOBAL LİDERLİYİNİN BARİZ NÜMUNƏSİ
Dünyanın ikinci ən böyük təsisatına - Qoşulmama Hərəkatına üzv olan Azərbaycan çox qısa müddətdə böyük etimad qazandı. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədr olması isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin növbəti təzahürü idi. Bu nüfuzlu təsisata sədrliyi dövrü üçün Azərbaycan hərtərəfli qlobal fəaliyyət planı hazırladı. Lakin COVID-19 pandemiyasının dünyanı bürüməsi beynəlxalq platformaların da gündəmini dəyişdi. Azərbaycan yeni yaranmış vəziyyətə çevik reaksiya verməklə yanaşı, pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində də beynəlxalq miqyasda səmərəli təşəbbüslər irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu.Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolunu üzərinə götürərək pandemiyaya qarşı mübarizədə beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkə oldu. 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşündə Prezident İlham Əliyevin BMT Baş Assambleyasının koronavirusa qarşı dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının çağırılması təşəbbüsü 150-dən artıq ölkə tərəfindən dəstəkləndi. Bu təşəbbüsə qarşı çıxan yeganə ölkə Ermənistan isə bu yanaşmasına görə rəsmən rüsvay oldu.2020-ci il dekabrın 3-4-də BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyasının keçirilməsi isə Azərbaycanın pandemiyaya qarşı mübarizədə oynadığı aparıcı rolun və Prezident İlham Əliyevin qlobal liderliyinin bariz nümunəsi kimi dəyərləndirilməlidir. Bütün təşəbbüslər kimi, Azərbaycanın Qoşulmama Hərəkatı tərəfindən COVID-19-dan sonra qlobal bərpaya dair BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılmasına dair təşəbbüsü də müsbət qarşılandı.Bütün bu sadalanan amilləri nəzərə alaraq əminliklə deyə bilərik ki, 2019-2022-ci illər ərzində Azərbaycanın Qoşulmama Hərəkatına sədr olması, keçmişdə qalan münaqişə ilə bağlı cənab Prezident İlham Əliyevin yürütdüyü düzgün müəyyən olunmuş, aktiv diplomatiya ilə haqlı olaraq bu böyük təsisatdan dəstək almağımız ölkə başçımızın həyata keçirdiyi siyasətin növbəti şanlı təntənəsidir.
Bir sözlə, istər pandemiya dövründə birgə fəaliyyətin həyata keçirilməsi, istər dünyaya yeni çağırışların həyata keçirilməsi baxımından təşkilatın və ona rəhbərlik edən Azərbaycanın böyük rolu oldu. Həmçinin Vətən müharibəsi dövründə təşkilatın mövqeyi və yanaşması beynəlxalq hüququn təzahürü, Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının göstəricisidir.
BU, SÖZÜ İMZASI QƏDƏR DƏYƏRLİ VƏ QÜVVƏTLİ OLAN PREZİDENT İLHAM ƏLİYEVİN BEYNƏLXALQ MİQYASDA YÜKSƏK NÜFUZUNUN GÖSTƏRİCİSİDİR
Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Belə ki, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı, məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin quruma sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də respublikamızın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Eyni zamanda, Qoşulmama Hərəkatına sədrlik Azərbaycana xüsusilə COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal rol oynamağa imkan yaradıb. Əlbəttə ki, bu prosesdə Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin təşəbbüskarlığı, qətiyyəti və siyasi iradəsi də mühüm rol oynayıb. Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu.
Hərəkatın 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısını və həmin ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası xüsusi qeyd olunmalıdır. Çünki Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizə aparıb. Azərbaycan Qoşulmama Hərəkatının adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin olunması ilə bağlı qətnamə irəli sürüb və həmin qətnamə 2021-ci ilin mart ayında yekdilliklə qəbul edilib. Bütün bunlarla yanaşı, Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Məhz genişmiqyaslı uğurlu beynəlxalq fəaliyyəti sayəsində ölkəmizin keçmiş Qarabağ münaqişə ilə bağlı mövqeyi Hərəkatın sənədlərində dəstəklənib. Qoşulmama Hərəkatının Azərbaycana siyasi dəstəyinin bariz nümunəsi olaraq isə Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olmasını göstərmək olar”. Qoşulmama Hərəkatı ölkələrinin ölkəmizə tam etimadının nəticəsidir ki, üzv dövlətlərin yekdil rəyinə əsasən, Azərbaycanın təşkilata sədrliyi daha bir il uzadıldı. Bu, bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətini mühüm töhfələr verir. Qoşulmama Hərəkatından əlavə, Azərbaycan 2019-2021-ci illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına da uğurla sədrlik etdi. Ölkəmiz sədrliyi dövründə türkdilli ölkələr arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərdi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Türk Dövlətləri Təşkilatına (TDT) çevrilərək beynəlxalq təşkilat statusunu qazanması, Türk dünyasının iki mühüm ideya və hərəkətverici gücünün - Azərbaycanın və Türkiyənin uzun illərdən bəri həyata keçirdikləri siyasətin, gərgin əməyin bariz nümunəsidir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrində dinamizm müşahidə olunur. Xüsusilə də, Mərkəzi Asiya ölkələri arasında Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, Azərbaycan Prezidentinin Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri və əldə edilmiş razılaşmalar əlaqələrimizin gələcək konturlarını müəyyən edir.
PREZİDENT İLHAM ƏLİYEVİ QƏRB DÜNYASINDA – AVROPADA SON DƏRƏCƏ PRAQMATİK LİDER KİMİ QƏBUL EDİRLƏR
Eyni zamanda, son illərdə türkdilli ölkələrin arasındakı əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatması Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın türk dünyası qarşısında tarixi xidmətləridir. Eyni zamanda, Azərbaycan Prezidentinin fəal xarici siyasət kursu ölkəmizin beynəlxalq aləmdə milli mənafeyinin müdafiəsinə yönəlib və konkret nəticələr əldə edib. Bu siyasət müstəqildir və milli maraqların müdafiəsinə söykənir. Məsələyə bu kontekstdə yanaşdıqda Prezident İlham Əliyevin həm Qərb, həm də Şərqi Asiya istiqamətində xarici siyasət vektorlarının ölkəmiz üçün çox böyük siyasi dividendlər gətirdiyi göz qabağındadır. Prezident İlham Əliyevi Qərb dünyasında – Avropada son dərəcə praqmatik Lider kimi qəbul edirlər. Xüsusilə də, Prezident İlham Əliyevin son Praqa danışıqlarındakı diplomatik uğurları heç şübhəsiz ki, Qərbin aparıcı beyin mərkəzlərinin, siyasi liderlərinin, KİV-lərin diqqətindən yayınmır. Təkcə bu istiqamətdə deyil, həm də Asiya istiqamətində Azərbaycan Prezidentinin olduqca çevik xarici siyasət kursu diqqəti cəlb edir. Bir sözlə, bütün bu səfərlər bir daha onu göstərir ki, Qərb dünyasında olduğu kimi, Şərq dünyasında – Asiyada da Azərbaycan Prezidentinin şəxsiyyətinə çox böyük inam, ehtiram, etibar var. Qürurverici haldır ki, Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Dünya xəritəsində indi Azərbaycan kimi dövlətlər azdır. Azərbaycanda həyata keçirilən inkişafa yönəlik siyasət nəticəsində ölkəmizin əlverişli geostrateji mövqeyini diplomatik qüdrətimizlə bütün dünyaya qəbul etdirmişik. Azərbaycan şanslıdır ki, onun həm Avropa, həm də Asiyada örnək götürülən dövlət başçısı var.
QOŞULMAMA HƏRƏKATINA DAHA BİR İLİN ARTIRILMASI AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV DİPLOMATİYASININ NÖVBƏTİ TƏNTƏNƏSİDİR
Bəli, prosedura görə, Azərbaycanın sədrlik müddəti 2022-ci ildə bitməlidir, lakin hərəkata üzv dövlətlərin yekdil istəyi ilə bu müddət 2023-cü ilə qədər uzadıldı. Bu, Azərbaycan Prezidentinin qlobal liderlik fəaliyyətinə verilən yüksək qiymət və Azərbaycana olan etimadın, inamın növbəti təzahürüdür. Göründüyü kimi, hər zaman qlobal təşəbbüslər müəllifi Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə irəli sürdüyü qlobal təşəbbüslər beynəlxalq birlik tərəfindən birmənalı olaraq təqdir edilib. Bu, bir daha təsdiq edir ki, Azərbaycan 120 əsas üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirən Qoşulmama Hərəkatının fəaliyyətinə mühüm töhfələr verir, hətta onun artıq təşkilata çevrilməsi istiqamətində vacib addımlar atır. Qoşulmama Hərəkatının tamhüquqlu üzvü olan Azərbaycan təşkilatın ruhuna və prinsiplərinə sadiq olduğunu bir daha dünyaya nümayiş etdirir. Eyni zamanda, Qoşulmama Hərəkatına üzv dövlətlər quruma 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciət ünvanlamaları və bu müaciət respublikamız tərəfindən müsbət dəyərləndirilməsi, qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazanması reallığını təsdiqidir. Bir sözlə, bütün bu faktlar bir daha onu göstərir ki, Azərbaycan pandemiya şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, Qoşulmama Hərəkatına sədrlik fəaliyyətini uğurla həyata keçirir. Məhz Qoşulmama Hərəkatına üzv dövlətlərin 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciətləri isə dünyada ölkəmizə, onun Liderinə olan böyük inamın və etimadın ifadəsidir. Bundan başqa, pandemiyaya qarşı milli səviyyədə nümunəvi şəkildə mübarizə aparan respublikamız 30-dan çox dövlətə də dəstək verib. Respublikamızın “peyvənd millətçiliyi”nə qarşı qətiyyətlə mübarizə aparması da Qoşulmama Hərəkatına üzv dövlətlərin mənafelərinə tam uyğundur. Eyni zamanda, Azərbaycanın Qoşulmama Hərəkatı adından irəli sürdüyü təşəbbüs BMT-nin İnsan Hüquqları Şurasında dəstəklənib. Və bu gün Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi bütün üzv ölkələrin maraqlarını, beynəlxalq hüququn norma və prinsiplərini müdafiə edərək böyük etimad qazanması Azərbaycanın dünyada qəbul olunan norma və prinsiplərə necə hörmətlə yanaşdığının göstəricisidir. Göründüyü kimi, Qoşulmama Hərəkatına üzv dövlətlərin yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il uzadılması barədə qərarı həm də Prezident İlham Əliyevin dünyadakı nüfuzunun daha bir göstəricisi və onun şəxsiyyətinə verilən yüksək dəyərin ifadəsidir. Bəli, bu gün Ona inanırlar və irəli sürdüyü hər bir təklifləri bilavasitə dəstəklənir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin daha bir il uzadılması təşəbbüsünün irəli sürülməsi amili də bu kimi mühüm, prinsipial gerçəklikləri növbəti dəfə təsdiqləmiş olur.
Bir sözlə, bütün göstərilənlər onu deməyə əsas verir ki, dövlət başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bu da onu göstərir ki, son 19 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir. Nəticədə isə, dövlət başçımızın dediyi kimi: "Biz həmrəylik, qarşılıqlı dəstək və təsisatlarımızın gücləndirilməsində tərəqqinin şahidi olacağıq".
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB