"Türkiyə çox böyük bir acı ilə üzləşir". Bu sözləri SİA-ya açıqlamasında türk təhlükəsizlik və terrorizm üzrə ekspert Coşkun Başbuğ deyib.
Onun sözlərinə görə, bu hadisə nəticəsində böyük itkilərimiz var: "Heç kimə belə bir hal yaşamağı arzu etmirəm. Bu kədər o qədər geniş bir ərazini əhatə edir ki, həqiqətən Azərbaycanın etdiyi yardım bizim üçün çox qiymətlidir. Çünki bu yardıma ehtiyac var".
Coşkun Başbuğ sözlərinə belə davam edib: "Bu yardımın ilk və ən yaxınımız olan Azərbaycandan gəlməsi çox önəmlidir. Tək millət dediyimiz bu geniş coğrafiya bu acının da öhdəsindən gələcək. Amma həqiqətən də çox çətin bir dövr bizi gözləyir. Bu mənada Azərbaycanın bizə mənəvi dəstəyi belə kifayətdir.
Onu bilin ki, zərər çox böyükdür. İtkilərimiz də çoxdur".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB