“Artıq iki aya yaxındır ki, Laçın Xankəndi yolunun Şuşa hissəsindən keçən yolda Azərbaycan ekofəalları, vətəndaş cəmiyyətinin üzvləri, gənclərimiz etiraz aksiyası keçirirlər”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, ekofəallar bu aksiya ilə Azərbaycanın iradəsini, qətiyyətini bütün dünyaya nümayiş etdirirlər: “Havanın soyuq, şaxtalı olmasına baxmayaraq onlar Azərbaycanın təbii sərvətlərinin qanunsuz yolla istismarına qarşı çıxırlar. Aksiya iştirakçıları separatçıların faydalı qazıntılarımızın qanunsuz olaraq istismar etmələrinə qarşı çıxırlar və milli maraqlarımızı qoruyurlar. Bu çox önəmli bir amildir və gənclərimizdə olan vətənpərvərlik hissinin nə qədər uca olduğunu da nümayiş etdirir”.
İlyas Hüseynov bildirdi ki, aksiyanın artıq mühüm siyasi və iqtisadi nəticələrini biz görmüşük: “Aksiya təhlükəsizliyin təmin olunmasına da töhfə verir, çünki artıq bu yol vasitəsilə silah sursat, minalar, texnikalar, muzdullar daşımır və bu həmdə regionun təhlükəsizliyinin gücləndirilməsi baxımından da, mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu məsələdə çox israrlıdır və ölkəmizin əsas prinsipləri əsas qətiyyəti də məhz elə bu aksiyada bilinir. Biz vətən müharibəsində öz iradəmizi, öz gücümüzü bütün dünyaya nümayiş etdirdik və xalqımız Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdi və dəmir yumruq əməliyyatı uğurla icra olundu. Ekofəalların aksiyasında olan birlik, həmrəylik həm də xalqımıza söykənir və xalqımızın milli maraqları çərçivəsindədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB