“Ekofəalların nümayişini uğurlu hesab etmək olar” - SİYASİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ
“Ekofəallar Xankəndi-Laçın yolunda fəaliyyətini uğurla davam etdirirlər, iki aya yaxındır ki, bu etiraz aksiyası davam edir. Qeyd edim ki, ekofəallar aksiyada müasir şüarlardan və lozunqlardan istifadə edərək dünya ictimaiyyətinin diqqətini Qarabağda aparılan qanunsuz qazıntılara və istismara yönəldə bilmişlər”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, aksiyanın gedişatını izləmək üçün beynəlxalq media davamlı şəkildə ekofəalları müşahidə etmək üçün ölkəmizə səfər edərək müxtəlif reportajlar hazırlamışlar: “Gündəlik görüntülərdən də göründüyü kimi ekofəallarımız etiraz aksiyasında geniş tərkibdə və fəal iştirakı ilə seçilir və humanitar yüklərin daşınması üçün yolu çox peşəkar şəkildə nizamlayırlar.
Ümumilikdə ekofəalların nümayişini yaxşı və ölkəmiz üçün uğurlu baş tutmuş bir aksiya hesab etmək olar və hesab edirəm ki, bu aksiya Qarabağda qanunsuz hərbi qruplaşmaların ölkəmizin təbii sərvətlərinə vurduğu ziyanın qarşısının alınmasında və Xankəndi-Laçın yolunun nəzarətə götürülməsində əhəmiyyətli rol oynadı. Bu isə ekofəallarımızın ölkəmizin milli maraqlarına və ekoloji problemlərinə təəssübkeşliyinin göstəricisidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB