Azərbaycan qardaş harayına yetişən ilk ölkə oldu -DEPUTAT DANIŞDI

Azərbaycan qardaş harayına yetişən ilk ölkə oldu -DEPUTAT DANIŞDI

“Dünən səhər saatlarında Türkiyədə baş vermiş dağıdıcı zəlzələ bütün dünyanı sarsıtdı. Dəhşət saçan zəlzələ nəticəsində çoxsaylı insanın ölümü və xəsarət alanlar var. Təbii fəlakətlə bağlı bir çox ölkələr Türkiyəyə yardım etmək üçün səfərbər olub. Zəlzələ bölgəsinə axtarış-xilasetmə qrupları, tibbi briqadalar və humanitar yardım edən ölkələrin sayı getdikcə artır. İlk yardıma yetişən ölkə, qardaşını dar gündə qoymayan ölkə yenə Azərbaycan oldu. Prezident İlham Əliyevin tapşırığına əsasən, FHN-in 420 nəfər şəxsi heyəti və həkim briqadaları qardaş ölkəyə göndərilib. Onlar artıq fəlakət zonasına çatıblar. Əlbəttə, bu, bizim qardaşlıq borcumuzdur. Dar gündə də, şad gündə də bir yerdə olmalıyıq, Türkiyənin sevinci də, kədəri də bizimdir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov qeyd edib ki, Azərbaycanla Türkiyənin əlaqələri bütün sahələri əhatə edir və dinamik inkişafdadır: “Xüsusən də, son illər iqtisadi və hərbi sahədə geniş əlaqələrin yaranması hər iki ölkənin beynəlxalq nüfuzunun artmasına xidmət edib. Əlbəttə, bunu qeyri-normal qarşılayan ölkələr də az deyil. İndiyədək regionda nüfuz savaşı uğrunda mübarizə aparan ölkələr bu gün Azərbaycan-Türkiyə birliyi qarşısında aciz qalıblar və müxtəlif yollarla öz varlıqlarını subut etməyə çalışırlar. Amma bütün cəhdlər Bakı və Ankaranın birgə həmlələri ilə təsirsiz hala gətirilirlər. Bu gün dünya gücləri Cənubi Qafqaz uğrunda savaşa giriblər. Rusiyanın bölgədəki təsirini azaltmaq üçün Ermənistandan bir meydan kimi istifadə etmək istəyirlər. Ermənistan isə region ölkəsi olmasına baxmayaraq aktor səviyyəsinə qalxa bilməyib və heç bir hərbi-siyasi rola malik deyil. İşğalçı ölkə olsa-olsa iri dövlətlərin hibrid müharibəsi apardığı ərazi statusuna ümid edə bilər. Beynəlxalq analitiklər də belə hesab edirlər ki, Türkiyə ilə Azərbaycanın dominantlıq etdiyi Cənubi Qafqazda qeyri-regional güclərin fəallaşması, yaxud aktiv fəaliyyət göstərmək imkanları yoxdur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə