Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində fevralın 6-da bu ölkə Senatının sədri Abdel Vahab Abdel Razeq ilə görüşüb.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Milli Məclisdən bildirilib ki, əvvəlcə təkbətək görüş keçirilib. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılıb. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.
Azərbaycanın parlament rəhbərini səmimiyyətlə salamlayan Senatın sədri, ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin mövcud vəziyyətindən məmnunluğunu bildirib. O, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin cari ilin yanvar ayında Azərbaycana səfərini xatırladaraq, iki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının mühüm rolundan danışıb, bu səfərlər zamanı imzalanmış qarşılıqlı sənədlərin əhəmiyyətini qeyd edib.
Abdel Vahab Abdel Razeq, həmçinin özünün ötən ilin iyun ayında Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin birinci Bakı Konfransında iştirak etmək üçün Azərbaycana etdiyi səfərin onda doğurduğu müsbət təəssüratlardan danışıb.
O, Senatın sədri vəzifəsinə seçildikdən sonra ilk səfərini məhz Azərbaycana etdiyini bildirib. Abdel Razeq, Misir Senatının həm Azərbaycan Parlamenti ilə ikitərəfli formatda, həm də Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlığa böyük önəm verdiyini və bu əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduğunu diqqətə çatdırıb. Senatın sədri, Azərbaycan Milli Məclisinin Parlament Şəbəkəsinə uğurlu töhfələrini qeyd edib və Bakıda keçirilən birinci konfransın yüksək səviyyədə təşkil olunduğunu bildirib. Həmçinin, ölkələrimiz arasında münasibətlərin inkişafında Qoşulmama Hərəkatının rolu xüsusi vurğulanıb.
Abdel Razeq bildirib ki, bu gün parlamentlərimiz arasında səmərəli əməkdaşlıq qurulub və bu əməkdaşlığı daha da dərinləşdirmək üçün yaxşı imkanlar var. O, Azərbaycan parlament sədrinin səfərini çoxdan gözlədiklərini və bu səfərin parlamentlərarası münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan parlament nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə Misir Senatının sədrinə minnətdarlığını bildirib. O, bu səfərin Azərbaycan Milli Məclisinin sədri kimi onun Misirə ilk rəsmi səfəri olduğunu və səfərin əlaqələrimizin daha da dərinləşməsinə əhəmiyyətli töhfələr verəcəyinə inamını ifadə edib. Sahibə Qafarova xatırladıb ki, ötən il diplomatik əlaqələrimizin qurulmasının 30 illiyini qeyd etdik. Bu illər ərzində ölkələrimiz arasında münasibətlər genişlənib. Spiker Sahibə Qafarova ikitərəfli münasibətlərin inkişafında dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin, keçirilən görüşlərin və imzalanan sənədlərin xüsusi rol oynadığını qeyd edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ildə Misirə, Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin isə bu günlərdə ölkəmizə səfərlərini xatırladaraq bildirib ki, bu səfərlər münasibətlərimizin daha da inkişafına böyük töhfələr vermişdir.
Qanunverici orqanların iki ölkə arasında münasibətlərin inkişafındakı rolundan danışan Milli Məclisin sədri bu sahədə parlamentlərarası dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Azərbaycan və Misir parlamentlərinin beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığına toxunan Sahibə Qafarova bildirib ki, ölkələrimiz beynəlxalq parlament təşkilatlarında bir-birini dəstəkləyir.
Spiker ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından sonra regionda yaranmış yeni reallıq, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, məcburi köçkünlərin doğma yurdlarına qayıtması prosesinə başlanması barədə məlumat verib. O, qeyd edib ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin təşəbbüskarı məhz Azərbaycan olmasına və beynəlxalq hüququn prinsipləri əsasında sülh sazişinin imzalanmasını təklif etməsinə baxmayaraq, Ermənistan danışıqlarda destruktiv mövqe nümayiş etdirir.
Spiker bildirib ki, Azərbaycan regionda daimi sülh və təhlükəsizliyin təmin olunmasını istəyir. Azərbaycan hər bir ölkənin suverenliyinə hörmətlə yanaşır və hər kəsdən də ölkəmizin suverenliyinə hörmət göstərməsini tələb edir. Milli Məclisin sədri Ermənistanın sülhün əldə olunmasının qarşısını almaq üçün törətdiyi təxribatlar, Azərbaycanın ərazilərinə Ermənistan tərəfindən minaların basdırılması haqqında da məlumat verib.
Spiker Sahibə Qafarova həmçinin cari il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktı haqqında məlumat verib. O, bildirib ki, bu terror hücumu nəticəsində səfirliyimizin bir əməkdaşı həlak olub, iki əməkdaşı isə yaralanıb. Milli Məclisin sədri deyib ki, biz bunu terror aktı kimi qiymətləndiririk və İrana da bu mövqeyimizi açıq ifadə etmişik. Bu hadisənin ədalətli araşdırılmasını və cinayətkarların layiqli cəza almasını tələb edirik.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.
Görüş başa çatdıqdan sonra Azərbaycan Milli Məclisi ilə Misir Ərəb Respublikası Senatı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova Senatın binası ilə tanış olub.
Sonda Sahibə Qafarova xatirə kitabına ürək sözlərini yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



