Vaşinqton Tehranı günahkarları cəzalandırmağa çağırıb

ABŞ Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib və İranı hücumu araşdırmağa və günahkarları cəzalandırmağa çağırıb.

Birləşmiş Ştatlar Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyir və diplomatik missiya binasının təhlükəsizlik xidmətinin rəhbərinin həyatına son qoyan insidentin araşdırılmasına çağırır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter deyib.

Qeyd edək ki, cümə axşamı ATƏT-in iclasında Amerika tərəfi Azərbaycan Xarici İşlər Nazirliyinə, həlak olanların və yaralananların ailələrinə başsağlığı verib. ABŞ-ın ATƏT-dəki səfiri sosial şəbəkədəki səhifəsində yazıb: “ABŞ İran hakimiyyətini təhqiqat aparmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırır”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə