Kamran Əliyev prokuroru işdən azad etdi

Sumqayıt şəhər prokuroru işdən azad edilib. SİA xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanov vəzifəsindən azad edilib.

Bildirilib ki, vəzifənin icrası Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abiyevə həvalə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə