Xəzər rayonunda Gənclər Günü münasibətilə tədbir keçirilib FOTOLAR

YAP Xəzər rayon təşkilatının təşkilatçılığı ilə 4 saylı uşaq incəsənət mərkəzində 2 Fevral - Gənclər Günü münasibətilə bayram tədbiri keçirilmişdir. Tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatları Soltan Məmmədov, Jalə Əhmədova və Rauf Əliyev, rayonun ictimai-siyasi, mədəni həyatında fəallığı ilə seçilən gənclər iştirak etmişdirlər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Daha sonra ərazi bütövlüyümüz uğrunda canlarından keçən, şəhidlik zirvəsinə ucalan igid oğullarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatları Soltan Məmmədov, Jalə Əhmədova və Rauf Əliyev, YAP-ın gənc fəalı Sultan Teymurov iştirakçılar qarşısında çıxış edərək, 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycan gənclərinin böyük vətən sevgisi nümayiş etdirdiyini, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan, ölkədə aparılan uğurlu gənclər siyasəti ilə bağlı imzalanan fərman və sərəncamlar, qəbul edilən Dövlət proqramlarının gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar açılmasından bəhs etdilər.Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatları Soltan Məmmədov, Jalə Əhmədova və Rauf Əliyev 2 Fevral - Gənclər Günü münasibətilə rayon gənclərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar dilədilər.

Sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqəsi, rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, yüksək nailiyyətlər əldə etmiş gənclərə fəxri fərmanlar və hədiyyələr təqdim edilmişdir.Tədbir istedadlı gənclərin iştirakı ilə konsert proqramı ilə başa çatmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə