“2023-cü ildə müharibə daha şiddətli şəkildə davam edəcək” - SİYASİ EKSPERT DANIŞDI

“Rusiya və Ukrayna arasında baş verən hərbi qarşıdurma haqqında hansısa nikbin proqnoz səsləndirmək mümkün deyil. Çox böyük təəssüf hissi ilə bunu vurğulamaq istəyirəm. Çünki tərəflərin hər ikisi öz mövqelərindən çəkilmək niyyətində deyil”. Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, dünyanın bir çox aparıcı ölkələrinin tərəflərin sülh masasına əyləşməsi ilə bağlı təklifləri var idi: “Lakin bu çağırışlar heç bir nəticə vermədi. Həm Rusiya, həm də Ukrayna öz mövqeyindən geri çəkilmir.

Bütün Qərb ölkələri Ukraynaya hərbi yardımlar etməkdə davam edirlər. Hətta hərbi dəstəklə bərabər Ukraynaya maddi yardımlar da olunur. Rusiya da öz hərbi əməliyyatlarını genişləndirmək baxımından xeyli addımlar atıb. Bütün bunlar onu deməyə əsas verir ki, 2023-cü ildə bu müharibə daha şiddətli şəkildə davam edəcək. Bu isə faciəli sonluğa gətirib çıxaracaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə