Azərbaycan-Macarıstan -əməkdaşlığı yüksələn xətlə inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Macarıstana səfəri ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə zəmin yaradacaq. Bu səfərdən sonra ölkələrimiz arasındakı əməkdaşlıq yeni mərhələyə qədəm qoyacaq. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban yanvarın 30-da Budapeştdə mətbuata bəyanatlarla çıxış ediblər. Cənab Prezident mətbuata verdiyi bəyanatda bir çox mühüm məsələlərə toxunuşdur. Bəyanatda bildirilmişdir ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan
sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduqları beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək. Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair
imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir.

Bəyanatda enerji sahəsində əməkdaşlığa xüsusi yer verilmişdir. Bildirilmişdir ki, Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometr olan bu boru xətti ilə artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır. Keçən il Avropa Komissiyası ilə imzalanmış sənədə əsasən, Azərbaycan qaz təchizatını iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdır. Bunun üçün resurslar da var, siyasi iradə də var.

Yaşıl enerji potensialından bəhs rdən cənab Prezident qeyd etmişdir ki, yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır. Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr Azərbaycanı Avropa üçün daha da yaxın edəcək. Keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl
enerjisini Avropaya çatdıracaq. Nəqliyyat sahəasindəki perespektivlərdən danışılarkən bildirilmişdir ki,
Azərbaycan Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər. Bu sahədə əməkdaşlığa dair çox böyük planlar mövcuddur. Dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanıb.

Təhsil sahəsində aparılan əməkdaşlığın da çox yaxşı nəticələri olduğu qeyd olunmuş və bildirilmişdir ki, 200 Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə (tələbə təqaüdləri) Macarıstanda oxuyurlar. Bu, Azərbaycanda kadr potensialının yaradılması istiqamətində çox önəmli hadisədir.

Minatəmizləmə sahəsi əməkdaşlığın vacib istiqamətləedən biri olduğu bildirilmişdir. Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib, bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Ona görə bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq əməkdaşlıq üçün yaxşı imkanların olduğu qeyd olunmuşdur.

Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində Macarıstanın bütün beynəlxalq platformalarda ölkəmizin ərazi bütövlüyünə dəstək verməsi, rəsmi Budapeştin Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında önəmli rol oynaması iki dövlət arasındakı qarşılıqlı etimad münasibətlərinin göstəricisi kimi
dəyərləndirilməlidir.

Prezident İlham Əliyevin Macarıstana səfəri, iki dövlət arasında olan əlaqələrin genişləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir və səfər bir daha göstərdi ki, iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir və Azərbaycan-Macarıstan
münasibətləri yeni bir inkişaf mərhələsinə daxil olur.

Milli Məclisin deputatı
Rauf Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə