“Heydər Əliyev və Azərbaycan xalqı” FOTOLAR

01.02.2023-ci il tarixdə Yeni Azərbaycan Pratiyası (YAP) Şuşa rayon təşkilatının 4 nömrəli ərazi partiya təşkilatında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan xalqı”mövzusunda dəyirmi masa keçirmişdir.Partiya fəalları əvvələcə ulu Öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizi bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə təşkilatın fəal üzvləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak etmişdir. Tədbirdə çıxış edən ərazi partiya təşkilatının sədri Elçin Dadaşov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, onun qurub-yaratdığı doğma Azərbaycanımızda sabitliyin və dinamikliyin, ordu quruculuğunun, sosial-iqtisadi inkişafın, elm və təhsilin uğurlu inkişafından danışıb.Çıxış edənlər qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyev xalqımız və dövlətimiz üçün misilsiz işlər görüb. Məhz ümummilli lider Heydər Əliyevin siyasi kursunun nəticəsidir ki, bu gün Azərbaycan dünyada yüksək nüfuz sahibi olan ölkədir.

Dəyirmi masanı yekunlaşdıran Elçin Dadaşov bir daha xalqımızı Ümummilli Liderin layiqli davamçısı, dövlətimizin başçısı cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə