Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR

Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR

Yasamal rayon İcra Hakimiyyəti, YAP Yasamal rayon təşkilatı və Yasamal rayon Gənclər və İdman İdarəsi ilə birgə “2 Fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə Yasamal rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatın sədri Bəxtiyar Nəbiyev, Milli Məclisinin deputatları - Elnur Allahverdiyev, Səbinə Xasayeva və Ülvi Quliyev, Yasamal Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin rəisi Ramin Şükürov, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naimə Ömərova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin əməkdaşları və rayonun fəal gəncləri iştirak edib.

Tədbirin rəsmi hissəsindən əvvəl Heydər Əliyev Mərkəzinin inzibati binasında yerləşən ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra 2 Fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş video çarx nümayiş etdirilib.

Tədbiri giriş nitqi ilə açıq elan edən Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov qeyd etdi ki, dövlət gənclər siyasəti Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq daim aparıcı istiqamətlərindən biri olub. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilmişdir. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına tarixi bir töhfə verib.Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra gənc nəslə diqqət və qayğı Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrildi.

Bildirildi ki, bu il biz Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cu ildönümünü qeyd edirik. Heydər Əliyev şəxsiyyəti Azərbaycanda misilsiz işlər görüb. Dövlət gənclər siyasətini bu gün cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Daima Azərbaycan gənclərini dəstəkləyən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərin fəaliyyətinə yüksək diqqət verməsi isə hər bir gənci ruhlandırır. Azərbaycan Prezidenti hər zaman gənclərə xüsusi önəm verib. Çünki məhz gənclər dövləti və xalqı ağır, tarixi sınaqlardan çıxarırlar. Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın tarixinə qızıl hərflərlə yazdılar. Onların cəsarəti sayəsində əldə olunan bu Zəfər sayəsində xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu! Onların bir çoxu məhz Cənab Prezident İlham Əliyevin hakimiyyəti illərində böyümüş və təlim-tərbiyyə almışlar.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, Dövlət proqramları bu qəbildəndir. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Ümumilli lider Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident İlham Əliyev və Birinci vitse-president Mehriban xanım Əliyeva bu sahədə uğurlu fəaliyyətləri ilə Ulu Öndərin gənclər siyasətinə sadiqliyini hər zaman nümayiş etdirirlər. Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Çıxışının sonunda B.Nəbiyev tədbirdə iştirak edən fəal gəncləri 2Fevral-Azərbaycan Gəncləri Günü münasibəti ilə təbrik edib.

Milli Məclisin deputatları - Elnur Allahverdiyev, Səbinə Xasayeva, Ülvi Quliyev çıxışlarında bildiriblər ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində fəal iştirak edir, intellektual imkanları, yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir. Gənclərimiz ölkəmizi beynəlxalq aləmdə də layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq göstərir. Bütün bunlar gəncliyimiz üçün dövlət tərəfindən yaradılan əlverişli imkanlar, verilən mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında ərsəyə gəlib.

Müasir Azərbaycan gəncləri unutmurlar ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar. Qeyd olunub ki Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş, həm də informasiya meydanında vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Dövlətimizin başçısı İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi. Azad olunmuş ərazilərimizdə üçrəngli bayrağmızı dalğalandırdılar. Beləliklə böyük bir qismi gənclərdən ibarət olan Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı.Tədbirdə çıxış edən fəal gənclər tədbirdə iştirak edən gənclərə respublikamızın daha da inkişafı istiqamətində göstərdikləri fəaliyyətlərində yeni-yeni uğurlar arzuladılar.

Tədbirdə bir qrup fəal gənc rayonun ictimai həyatında fəal iştirak etdiklərinə görə və 2 fevral Azərbaycan Gəncləri günü münasibətilə fəxri fərmanlar ilə təltif edildilər.

Bütün xəbərlər Facebook səhifəmizdə