Səudiyyə Ərəbistanının Baş prokuroru səfirliyimizə olan xain terror aktını şiddətlə qınayıb
Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacib Azərbaycanın Tehrandakı səfirliyinə xain terror aktını şiddətlə qınayıb.
Bu barədə SİA-ya Azərbaycanın Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, o, Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə görüşdə yanvarın 27-də ölkəmizin Tehrandakı səfirliyinə xain terror aktını şiddətlə qınadığını bildirərək, şəhid olan zabitimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB