“Azərbaycan Macarıstan əlaqələri özünün inkişaf dövrünü yaşayır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan Macarıstan əlaqələri özünün inkişaf dövrünü yaşayır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan-Macarıstan əlaqələri özünün inkişaf dövrünü yaşayır. Keçən il ölkələrimizarası diplomatik münasibətlərin yaranmasının 30 illiyi qeyd olundu. Macarıstanla parlamentlərarası əməkdaşlıq da çox yüksək səviyyədə inkişaf edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, ölkələrimizin parlamentlərarası işçi qrupları fəlaiyyət göstərir və bu da dövlətlərarası münasibətlərin daha da yaxınlaşmasına töhfə verir: “Azərbaycan və Macarıstan bir çox beynəlxalq platformalarada təmsil olunurlar və bir-birinin mövqelərini dəstəkləyirlər”.

Deputat sözlərinə belə davam edib: “Macarıstan Avropa İttifaqına üzvüdür və əməkdaşlığımız genişləndirməklə biz Avropa İttifaqına inteqrasiyasına geniş imkanları əldə etmiş oluruq. Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda təmsil olunan yeganə Avropa ölkədir. Bu da macar xalqının türk kökənliyi ilə bağlılığından irəli gəlir.

Ölkələrimiz arası iqtisadi əlaqələr da günü-gündən artmaqdadır. Macarıstanla Strateji Tərəfdaşlıq Haqında Bəyannamə və həm də 50 -yə yaxın sənəd imzalanmışdır.

Ölkələrimiz qarşılıqılı şəkildə investisyalar qoyur. O cümlədən, Marıstanın 21 şirkəti Azərbaycanda fəaliyyət göstərir.

Prezident İlham Əliyevin Macarıstana səfəri çərçivəsində ölkələrimiz arası əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcək yeni sənədlərin imzalancağı düşünürəm. Məhz dövlət başçılarımız arasındakı dostluq və qardaşlıq münasibətləri ölkələrimizi və o cümlədən xalqlarımızı daha da yaxınlaşdırır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə