“İran tərəfindən tələb edilib ki, cinayət şəffaf şəkildə araşdırılsın” - NAZİR MÜAVİNİ

“İran tərəfindən tələb edilib ki, cinayət şəffaf şəkildə araşdırılsın” - NAZİR MÜAVİNİ

Azərbaycanın İrandaki səfirliyinə edilən hücum BMT, NATO, Avropa İttifaqı, Türk Dövlətləri Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən qınanmışdır. Eyni zamanda, 60-dan çox ölkənin dövlət başçıları, xarici işlər nazirləri və səfirləri tərəfindən bu silahlı hücum terror aktı kimi pisləmişdir. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov söyləyib.

“İran tərəfindən tələb olunub ki, bu cinayət şəffaf şəkildə araşdırılsın, cinayətkarlar məsuliyyətə cəlb olunsun və Azərbaycan tərəfinə konkret məlumatlar təqdim edilsin”, - deyə Xələf Xələfov vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə