İranda Azərbaycan səfirliyinə silahlı hücumla bağlı

Qazaxıstanın Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanat yayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bəyanatda səfirliyin bir əməkdaşının həlak olması, iki əməkdaşının isə yaralanması ilə nəticələnən terror aktının Qazaxıstan Xarici İşlər Nazirliyi tərəfindən şiddətlə pisləndiyi qeyd olunub.

“Qazaxıstan diplomatik missiyalar və onların nümayəndələrinə münasibətdə hər hansı zorakılıq və təcavüz aktları qəbulolunmaz hesab edir. Buna bənzər hücumlar beynəlxalq hüququn norma və prinsiplərini pozur və ictimai qınağa səbəb olmalıdır. Qardaş Azərbaycan xalqına, eləcə də Azərbaycan Respublikasının həlak olmuş vətəndaşı Orxan Əsgərovun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə sağalmalarını arzulayırıq.

Əminik ki, İran İslam Respublikasının hakimiyyət orqanları hadisənin təhqiqatını mükəmməl aparacaq və cinayətkarların cəzalandırılması üçün müvafiq tədbirlər görəcəklər”, - deyə bəyanatda bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə