İran həmişə terror yuvası olub, terrora dəstək verib ŞƏRH

"Yanvarın 27-də səhər saatlarında Tehranda Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücum, əslində, ölkəmizə qarşı deyil, bütün dünya azərbaycanlılarına qarşı törədilmiş növbəti qanlı terror aktıdır. Azərbaycan yenə şəhid verdi. Allahdan Şəhidimizə rəhmət, xain düşmən gülləsinə tuş gəlmiş yaralılarımıza şəfa diləyirik. Əminik ki, bu qan da yerdə qalmayacaq. Bu terror aktını törədənlər və onların arxasında duranlar tezliklə müəyyən edilib öz layiqli cəzalarını almalıdırlar. Beynəlxalq hüquq nomalarına görə bu, İran dövlətinin birbaşa borcudur və Azərbaycan xalqı bunu israrla tələb edir.

Bu hücum ölkəmizin hərbi qüdrətindən narahat olan anti-Azərbaycan qüvvələrin növbəti təxribatıdır. Lakin onlar başa düşmürlər ki, bu səpkidə cəhdlərlə hansısa bir məqsədlərinə çatmaları qeyri-mümkündür. Həmin qüvvələrə 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında sübut etdik ki, Azərbaycanla təhdid dilində danışmaq istəyənlərin aqibəti necə olur. Çox təəssüflər olsun ki, özünü Azərbaycanın dostu adlandıran İranı da qələbəmizdən məyus olanlar sırasında gördük. İranın ölkəmizə qarşı apardığı düşmənçilik siyasəti bu gün şahidi olduğumuz terror aktı kimi qanlı təxribatlara yol açır.Terror aktı nəticəsində şəhid olmuş Orxan Əsgərovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza şəfa diləyir, terroru lənətləyirik. Səfirliyimizin qorunmasına cavabdeh olan İran İslam Respublikasından bu xain hücumun arxasında duranların ən qısa zamanda müəyyənləşdirilməsini və onların cəzalandırılmasını tələb edirik.

Saleh Məhərrəmov

YAP Oğuz rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə