YAP Yasamal rayon təşkilatı “Heydər Əliyev İli” ilə əlaqədar tədbir keçirib FOTOLAR

YAP Yasamal rayon təşkilatı və Tbilisi pr.107 (Aztelekom MMC) ünvanı üzrə ərazi partiya təşkilatı ilə birgə “Heydər Əliyev İli” ilə əlaqədar olaraq tədbir keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisinin deputatı Anar İsgəndərov, Aztelekom MMC-nin baş direktor vəzifəsini icra edən Elçin Niyazov, Tbilisi pr.107 (Aztelekom MMC) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Elnur Allahverdiyev və ərazi üzrə partiya təşkilatının üzvləri iştirak edib.

Tədbirin rəsmi hissəsindən öncə Tbilisi pr.107 (Aztelekom MMC) ünvanı üzrə ərazi partiya təşkilatında yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə əkil qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib. Tədbirdə ilk olaraq ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisinin deputatı Anar İsgəndərov bildirib ki, fəaliyyətinin hər dövründə zamanı əməlləri ilə zənginləşdirən Ulu Öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə söykənən güclü, möhtəşəm, qüdrətli müasir dövlətin yaradılması olmuşdur. Ümummilli Lider Heydər Əliyev milli dövlətçilik ideyalarını hər şeydən üstün tutmuşdur. Ulu Öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Qürur və iftixar hissi ilə qeyd edə bilərik ki, Ümummilli Liderimizin siyasəti Cənab Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir, güclü və nüfuzlu Azərbaycan yeni zirvələr fəth edir. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir.

Çıxış edən Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev vurğulayıb ki, Azərbaycan xalqının dahilik simvolu olan Heydər Əliyevin dövlət, millət qarşısında tarixi xidmətləri zaman keçdikcə daha aydın görünür. Ulu Öndərin uzaqgörən müdrik siyasəti nəticəsində müstəqil Azərbaycan dünya xalqları içərisində inkişaf etmiş dövlətlər birliyində öz layiqli yerini tutmaq, tərəqqi etmiş ölkələr sırasına qoşulmaq yolunda böyük inam və qətiyyətlə irəliləmişdir. Bütün ölkədaxili, regional və coğrafi-siyasi maneələrə baxmayaraq, Azərbaycan dövlət quruculuğu və iqtisadi inkişaf sahəsində böyük nailiyyətlər əldə etmişdir. Məhz Heydər Əliyevin hakimiyyəti dövründə ölkəmiz əsl demokratiya yolu ilə inkişaf yoluna çıxmışdır. Ulu öndər Heydər Əliyev yolu müstəqil Azərbaycanımıza daha böyük uğurlar qazandırmaqdadır. Məhz son 19 ildə bu siyasətin ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, təkmil islahatların həyata keçirilməsi, qarşıya yeni-yeni hədəflərin qoyulması bu əminliyə əsas verir. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qələbəyə imza ataraq hazırda tarixi Zəfərinin reallıqlarını yaşayır. İşğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağının dalğalanması böyük qürurumuz, Heydər Əliyev siyasətinin təntənəsidir.

Çıxış edən Tbilisi pr.107 (Aztelekom MMC) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Elnur Allahverdiyev və Kəmaləddin Quliyev çıxışlarında qeyd ediblər ki, bu gün Azərbaycan xalqını dünyaya tanıdan, xalqımız üçün çox böyük xidmətlər göstərən, ölkəmizin adını bəşər tarixinə qızıl hərflərlə yazdıran bir şəxs, xalqımızın böyük oğlu, dahi insan, ulu öndər Heydər Əliyevin xatirəsinin işığına toplaşmışıq. Biz dahi şəxsiyyət Heydər Əliyevin qurucusu olduğu güclü və müasir bir ölkə olan Azərbaycanın vətəndaşı olmağımızla qürur duyuruq. Ümummilli lider Heydər Əliyevin başladığı və hal-hazırda Cənab Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilən siyasi kurs, sosial və iqtisadi inkişaf yolu Azərbaycan xalqının seçimidir. Bu inkişaf yolu xalqımızın mənafeyinə, onun inamlı sabahına, işıqlı gələcəyinə xidmət edir.

Yekun nitqi ilə çıxış edən Aztelekom MMC-nin direktoru Elçin Niyazov nəzərə çatdırıb ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ümummilli Liderin parlaq siyasi zəkası, bacarığı, istedadı sayəsində yeni Azərbaycan, onun bugünkü gerçəklikləri yaradıldı və gələcəyə aparan yol müəyyən edildi. Ulu öndər Heydər Əliyev Vətən, torpaq, xalq sevgisindən ilham alaraq, hakimiyyətinin hər iki dövründə Azərbaycanın gələcəyi üçün biri-birindən əhəmiyyətli addımlar atdı. Dahi şəxsiyyətin ideyaları dünənimizin, bu günümüzün və gələcəyimizin əsası kimi dəyərləndirilir, daim Azərbaycanı inkişafa, tərəqqiyə aparır. Ölkəmiz dünyada layiq olduğu səviyyəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Bu yüksəliş ulu öndər Heydər Əliyevin layiqli davamçısı Cənab Prezident İlham Əliyevin əzmkar və yorulmaz fəaliyyəti ilə daha da inkişaf etməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə