“İranın bu hücumdan xəbərsiz olması mümkün deyil” - SABİQ SƏFİR AÇIQLAMA VERDİ

“Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən terroru lənətləyirəm. Şəhid olan qardaşımıza Allahdan rəhmət, sevənlərinə və Azərbaycan xalqına səbr, yaralılara şəfa diləyirəm”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “SİGN”, Türkiyənin Sosial İnkişafa Dəstək İctimai Birliyinin nümayəndəsi Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, Azərbaycan səfirliyinə olunna bu terror həm də Türkiyəyə qarşı olan hücum kimi dəyərləndirilir: “İrandakı xarici diplomatları qorumaq İranın məsuliyyətidir. Vyana konvensiyasında açıq bir şəkildə bu bildirilmişdir.

İranın bu hücumdan xəbərsiz olması mümkün deyil. Bu qəbuledilməz bir haldır. Azərbaycan səfirliyi Azərbaycan torpağı hesab olunur və bu Azərbaycanla Türkiyəyə qarşı olan terror kimi qəbul edilir”.

Hulusi Kılıç sözlərinə belə davam edib: “Ən qısa müddətdə hücumun arxasında kimlərin olduğu ortaya çıxarılmalıdır. Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra qazandığı qələbə niyəsə İranı narahat edir.

İranın son zamanlar Azərbaycana qarşı dost olmayan mövqeyini də yaxından izləyirik. Şuşa bəyənnaməsi Azərbaycanla Türkiyəni bir yumruq edib. İran hakimiyyəti ağıllarını başlarına toplamalə və Azərbaycana qarşı olan niyyətini dəyişdirməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə