“Sülh istəyən xalq hər zaman döyüşə hazır olmalıdır” - POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycan və Türkiyə arasındakı Şuşa bəyannaməsinin müddəalarına uyğun olaraq Azərbaycan hərbçiləri Türkiyə hərbçiləri ilə birlikdə mütəmadi olaraq hərbi təlimlərdə iştirak edir. Artıq biz də hərbdə Türkiyə modelinə keçmişik”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, Türkiyə NATO standartlarına uyğun şəkildə hərb sxemi qurub: “Hazırkı təlimlərdən əlavə olaraq yay təlimləri də keçirildi. Bundan başqa yayda Azərbaycan-Türkiyə-Gürcüstan birgə təlimləri də baş tutdu. Hazırda isə qış təlimləri baş tutur. Hansı ki, bu təlimlər ordumuzun inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bizim Şuşanı fəth etməyimiz məhz belə təlimlərin sayəsində baş tutdu. Biz hər zaman sülh istəyirik, sülh istəyən xalq da hər zaman döyüşə hazır olmalıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə