"İran insanlarını Azərbaycana qarşı doldururdu" - DEPUTAT ŞƏRH ETDİ
"İranda səfirliyimizə xain hücum olub. Kim edib bilmirik və çətin ki, İranın rəsmi açıqlamasına da çətin inanaq. Amma bir həqiqət isə aydındır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Razi Nurullayev bildirib.

Millət vəkili qeyd edib ki, neçə aylardır ki, İran rəsmiləri, İran televiziya və mətbuatı Azərbaycana qarşı nifrət püskürür, bizi İran cəmiyyətinə şeytan obrazında təqdim edirdi. O təbliğatla İran insanlarını Azərbaycana qarşı doldururdu. Bu xain basqın, ölüm və yaralılar bu təbliğatın və düşmənçiliyin nəticəsidir.
Birmənalı şəkildə demək olar ki, rəsmi Tehran diplomatik nümayəndəliyin qorunmasına etinasız yanaşıb və bu qəbuledilməzdir. Yoxsa bir nəfər əlini-qolunu sallaya-sallaya avtomatla səfirliyə gəlir mühafizəçiyə atəş aça bilməzdi. Bu çox böyük siyasi və diplomatik böhrana səbəb ola biləcək bir hadisədir. Mən burada erməni əlinin olmasını da istisna etmirəm. İndi İran Xüsusi Xidmət orqanları ya günahkarı tapacaq, ya da günahkar qalacaq
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB