“Təkcə hadisəni törədən deyil, rəsmi İran da cavabdehlik daşıyır” - JALƏ ƏLİYEVA

“İrandakı Səfirliyimizə xain hücumu hiddətlə qınayırıq. Bu qanlı terror hadisəsi mütləq öz hüquqi qiymətini almalıdır”. SİA xəbər verir ki, bu barədə millət vəkili Jalə Əliyeva bildirib.

Qeyd edib ki, bir ölkənin Səfirliyi, həmin ölkənin ərazisi hesab edilir.

“Terraktın tezliklə araşdırılmasını və terrorçuların tezliklə cəzalandırılmasını tələb edirik, diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”-

İLHAM ƏLİYEVDƏN İRANA SƏRT ETİRAZ

“Və bu hadisə də təkcə Səfirliyimizə deyil, ölkəmizə qarşı hücum, terror anlamına gəlir. Bununla da beynəlxalq hüququn bütün normaları pozulub. Təkcə hadisəni törədən deyil, rəsmi İran cavabdehlik daşıyır. Azərbaycana qarşı hər hansı xain, ikiüzlü planı olan hər kəs bir daha bilsin və eşitsin: HEÇ BİR TƏHDİD, HEÇ BİR TƏZYİQ AZƏRBAYCANI ÖZ DOĞRU YOLUNDAN VƏ ƏDALƏTLİ MÜBARİZƏSİNDƏN GERİ ÇEVİRƏ BİLMƏYƏCƏK! Allah Şəhidimizə rəhmət etsin! Başın sağ olsun, Vətən!”-deyə, J. Əliyeva sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə