"Azərbaycanı dəstəkləməkdə davam edəcəyik"

Ötən on beş il ərzində müxtəlif sahələrdə əhəmiyyətli layihələr həyata keçirmişik və bundan sonra Azərbaycanı dəstəkləməkdə davam edəcəyik.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Petr Mixalko yanvarın 26-da nümayəndəliyin ölkəmizdə açılışının 15 illiyinə həsr olunmuş tədbirdə deyib.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri bildirib ki, tərəflər arasında iqtisadiyyat, kənd təsərrüfatı, ticarət, enerji, investisiya, infrastruktur, elm, təhsil, səhiyyə və digər sahələrdə güclü tərəfdaşlıq mövcuddur.

Qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin minadan təmizlənməsi sahəsində də əməkdaşlıq var və düşünürəm ki, əməkdaşlıq əlaqələrinin əhatə dairəsi daha da genişlənəcək. O, aviasiya sahəsində əməkdaşlıq proqramının da artıq hazır olduğunu diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə