“Daşaltı əməliyyatını heç bir zaman unutmayacağıq!” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən Daşaltı əməliyyatından 31 il ötür. Bildiyimiz kimi, bu əməliyyat Şuşanın Daşaltı kəndinin erməni işğalından azad olunması məqsədilə aparılıb və 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, əməliyyat zamanı hava şəraitinin sərtliyi, hərbi əlaqənin pis təşkil edilməsi, əməliyyat sirrinin yayılması və xəyanət ucbatından uğursuzluğa səbəb olub: “Daşaltıya daxil olan tagım ermənilərin pusqusuna düşüb. Digər tağımlar da itki verərək geri çəkiliblər. Azərbaycan Ordusu uğursuz əməliyyatda 100-ə yaxın itki verib, Müdafiə Nazirliyinin Kəşfiyyat Bölüyünün rəis müavini olan polkovnik-leytenant Riad Əhmədov isə itkin düşüb. Onun taleyindən bu günədək heç bir məlumat yoxdur. Əməliyyat zamanı çətinliklərə və xəyanətə baxmayaraq bizim tağım düşmənin 80 dən çox döyüşçüsünü məhv edilib”.

Deputat sözlərinə belə davam edib: “Qeyd edim ki,bu əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılmışdı. Əməliyyata isə sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edirdi.

2020-ci ilin sentyabrın 27-dən başlayaraq 44 günlük müharibə dövrü Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın uzun illər işğal altında saxladığı torpaqlar azad olunub. Müzəffər Azərbaycan Ordusu düşməni Qarabağdan qovub. Müharibə dövrü düşmən xeyli sayda canlı qüvvə və texnika itkisi ilə üzləşib və geri çəkiliblər.

2020-ci ilin noyabrın 9-da Azərbaycan Ordusu 1991-ci ildən etibarən erməni silahlı dəstələrinin nəzarəti altında olan Daşaltı kəndini işğaldan azad ediblər və 28 ildən sonra "Daşaltı əməliyyatı"nın qisası Qüdrətli Ordumuz tərəfində alınıb. İşğal altında saxlanılan Azərbaycan torpaqlarında vandalcasına, ermənilər canilik göstərərək insanlarımıza zülm verərək öldürmüşlər. Bunu aşkar olunan kütləvi məzarlıqlardan da görmək olur. Bu məzarlıqlardan biri 2021-ci ilin fevralın 17-də Daşaltı kəndi ərazisində 7 nəfərə məxsus meyit qalıqları da aşkar olunmuşdur.

Bu məzarlıqda gömülmüş insanların əlləri və ayaqları bağlı vəziyyətdə güllələnmiş şəkildə tapılmışdır. Düşmən hətta çarəsizlik içində əsir düşmüş övladlarımızdan qorxaraq, onları bağlayaraq qətlə yetirmişlər...

Ermənistan silahlı qüvvələri tərəfindən hər zaman bütün Beynəlxalq o cümlədən Cenevrə Konvensiyaları da kobud surətdə pozulub. 1988-1994-cü illərdə 3890 nəfər itkin düşüb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxs olub. İtkin düşənlərin 872-nin əsir-girov götürülməsi barədə məlumatlar mövcuddur. Əsir və girovluqdan azad edilmiş 1480 nəfər şəxsdən 378-i hərbi qulluqçu, 1102-si mülki şəxs olub. Mülki şəxslərdən isə 224-ü uşaq, 357-si qadın, 225-i qoca olub. Əsir və girovluqda ölmüş 552 nəfərdən 447-si kişi, 105-i qadın olub.

Qeyd edək ki, Prezident İlham Əliyev 2021-ci ilin martın 16-da Daşaltı kəndində olub. Dövlət başçısı bildirib ki, məhz Müzəffər Ordumuz Daşaltı kəndindən qalxaraq, sıldırım qayaları qət edərək Şuşaya daxil olub.

Biz heç zaman tariximizin "Daşaltı əməliyyatı"nı unutmayacağıq! 2022-ci il aprelin 21-də isə dövlət başçısı Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin inşası ilə tanış olub və elə həmin gün kəndin bərpası ilə bağlı tapşırıqlar verib. 2021-ci ilin noyabrın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində məscidin təməlini də qoyublar. Bu o deməkdir ki, biz özümüzə məxsus olanı qaytardıq və qayıdırıq. Kütləvi qəbirlərin aşkarlanması ermənilər tərəfindən törədilmiş hərbi cinayətlərin sübutudur. Bu gün, dünyasını dəyişmiş insanlarımızın, cəsur oğullarımızın sayəsində ruhları azad və şaddır. Düşmən isə, gec də olsa öz əməllərinə görə layiqli cəzasını alacaqdır! Düşmən unutmasın ki, "Dəmir yumruq " yerindədir!”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə