Yaxın gələcəkdə Azərbaycan regionda tranzit ölkəsi kimi dominantlıq edəcək ŞƏRH
Azərbaycan bu gün tranzit ölkəsi olmaq məqsədi əsas proritet istiqamətlərindəndir. Bunun ölkəmizdə əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır. Bu səbəbdən Azərbaycanda iqtisadiyyatın geniş şaxələndirilməsi istiqamətlərində ciddi iş gedir. Qeyd etməliyəm ki, xüsusilə, nəqliyyat sahəsinin əsaslı genişlənməsi ölkənin ixrac imkanlarını şaxələndirməyə imkan verəcəkdir. Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə ölkəmizdə yeni və əlavə biznes imkanları yaratmasına səbəb olur. Yaxın zamanlarda Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaqdır. Prezident xüsusi olaraq vurğulayıb ki, ölkədə biznes mühitinin təkmilləşdirilməsi uğurun əsas amillərindən biridir və bu istiqamətdə ciddi işlər aparılır. Bu gün Azərbaycan Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malikdir. Hesabatlara nəzər salsaq, 2021-ci ildə Azərbaycanın Avropa bazarına təbii qaz ixracı təqribən 8 milyard kubmetrdən çox idi. 2023-ci il ixrac ən azı 11,6 milyard kubmetr olacaqdır. Ümumi həcm isə 24 milyard kubmetrdir. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda bizim 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağı nəzərdə tutulur. Avropa İttifaqına olan təchizat minimum 20 milyard kubmetr səviyyəsində olacaqdır. Avropada daha çox interkonnektorlar olmalıdır. Onlardan biri – Yunanıstan-Bolqarıstan interkonnektoru keçən ilin sonlarında açılmışdır. Bu, Azərbaycana, Bolqarıstana və 2023-ci ildən etibarən Rumıniyaya təbii qazı təchiz etməyə başlamaq imkanını verdi. Azərbaycan Respublikası bu gün Avropa istehlakçılarının artan tələbatını maksimum dərəcədə ödəmək üçün gərgin çalışır. TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirməliyik. Bununla bağlı əlavə maliyyələşmə tələb olunacaq və ölkəmiz buna hazırdır. Həmçinin Azərbaycanda yaşıl enerji ilə bağlı potensial çox böyükdür. Xəzər dənizinin külək potensialı 157 qiqavat, qurudakı potensial 27 qiqavatdır. Eyni zamanda, iki il bundan əvvəl aparılmış Vətən müharibəsində işğaldan azad etdiyimiz ərazilərdə 10 qiqavat potensial mövcuddur. Ölkənin ümumu potensialı isə 200 qiqavata yaxındır. 2022-ci ilin dekabrında Gürcüstandan Rumıniyaya sualtı kabel xəttini çəkmək üçün Buxarestdə müqavilə imzalanıb. Bu xəttin gücü 4 qiqavatdır. Bu günlərdə artıq texniki-iqtisadi əsaslandırma işləri aparılır. “Masdar”la ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artıracaq. “Fortescue FutureIndustries”lə imzalanmış Anlaşma Memorandumuna əsasən 12 qiqavatadək hasilat üçün Azərbaycana investisiya yatırılacaq.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB