"Hər kəs öz işinə baxsın və problemlərini həll etməyə çalışsın” - HULUSİ KILIÇ DANIŞDI
“Fransanın paytaxtı Paris yanğın yerinə çevrilib, çünki burada gənclər etiraz aksiyası həyata keçirir və Parisdə bir sıra binaları yandırırlar. Oradakı gənclər yeni pensiya qanununu istəməyənlərlə həmfikirdirlər”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç Fransada həyata keçirilən etiraz aksiyalarında baş verənlərlə bağlı öz fikirlərini bölüşdüyü zaman bildirib.
O qeyd edib ki, Fransa öz daxilindəki proseslərə baxmadan digər məsələlərə diqqət ayırır: “Təbii ki, bura Qarabağ məsələsi də daxildir. Fransa ikili siyasət həyata keçirir. Son günlərdə Fransada meydana gələn hadisələr eyni zamanda ötən illərdə “sarı jiletlilər” hərəkatı və s. baş verən digər proseslər onu göstərir ki, özünü demokratik və azad bir ölkə kimi qələmə verən Fransa yalnız bunları sözdə həyata keçirdir”.
Hulusi Kılıç Fransanın insan hüquqlarına önəm verən, azad və demokratik bir ölkə olmadığını deyib: “Çünki biz baş verənlər nəticəsində bütün bunların tərsini görürük. Hazırda Fransadakı gənclər təşkilatları küçələrə axışaraq etirazlarını bildirirlər. Bunlar onu sübut edir ki, Fransa öz problemlərini həll etmək yerinə Qarabağla maraqlanır. Qarabağla bağlı bizim heç bir problemimiz yoxdur. Azərbaycanın eko-fəalları öz vətəninin hüquqlarını tələb edərək, torpaqlarına sahib çıxırlar. Lakin bəziləri bunları bilmədən və görmədən Azərbaycanın əleyhinə xəbərlər verərək, açıqlamalar paylaşır. Bizdə Türkiyə dövləti olaraq Azərbaycana qarşı olan bütün fikirləri qınayırıq. Hər kəs öz işinə baxsın. Bizim torpaqlarımızla maraqlanmasınlar, öz dövlətlərinin problemlərini həll etməyə çalışsınlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB