PREZİDENT İLHAM ƏLİYEV: “Mən hər zaman görülmüş işi nümayiş etdirməyi üstün tuturam”
Qədim yunan filosofu Demokrit həmvətənlərini inandırırdı ki, söz əməlin kölgəsidir. Yəni dediyin sözün qiyməti görəcəyin əməldən asılıdır. Əlbəttə, qədim yunanlının bu kəlamı aksiomdur, yəni isbata ehtiyacı yoxdur. İnsanlar da həmişə sözlə əməlin üst-üstə düşməsinə qiymət verir, sözünün arxasında dayanan şəxsiyyəti alqışlayır və dəstəkləyirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyev də ölkənin rəhbəri kimi fəaliyyəti ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Elə bu günlərdə – yanvarın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına verdiyi müsahibəsində də bir daha bəyan etdi ki, verdiyim sözün arxasında olmuşam: “Siyasi həyatımda heç vaxt olmayıb ki, mən söz verim və arxasında dayanmayım. Verdiyim bütün sözlər yerinə yetirilib. Digər tərəfdən, mən çox söz vermirəm, çünki nəticəni nümayiş etdirməyi üstün tuturam”.
MƏN HƏR ZAMAN GÖRÜLMÜŞ İŞİ NÜMAYİŞ ETDİRMƏYİ ÜSTÜN TUTURAM
Prezident İlham Əliyevin müsahibəsində ən diqqəti cəlb edən məqam çinli jurnalist sual vermək əvəzinə dövlət başçımızın siyasi fəaliyyətini xarakterizə etməyə çalışdı: “Cənab Prezident, mən 10 dəqiqədir Sizi dinləyirəm. Mən çox işin görüldüyünü, çox şeyə artıq nail olunduğunu eşitdim və bu, olduqca böyük təəssürat yaradır. Çünki son vaxtlar çox söz danışılır, ancaq əməllər daha çox qiymətləndirilir”. “Bizim bir neçə ətraflı müsahibəmiz oldu, Sizin çox konstruktiv olduğunuzu xatırlayıram»,- deyən xanım jurnalist sözünə davam edərək bildirdi: «Siz öndə olmaq istəyirsiniz ki, insanlara ölkənizin necə hazır olduğunu deyəsiniz. Məni hər zaman bir məsələ maraqlandırır ki, vəd vermək üçün kifayət qədər cəsur və mərd olmaq, ən mühümü isə sonra bu vədləri yerinə yetirmək cəsarətinə sahib olmaq üçün nə lazımdır?”.Azərbaycan Prezident İlham Əliyev cavabında: “İlk növbədə, demək istərdim ki, yerinə yetirə bilmədiyim sözü heç vaxt vermirəm”.
Şəxsi keyfiyyətləri, siyasi uzaqgörənliyi və reallığa uyğun çevik qərarlar qəbuletmə bacarığı sayəsində cəmiyyətin bütün zümrələrini ətrafında birləşdirən İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində də xalqın böyük dəstəyini qazanmış və Azərbaycanın siyasi və beynəlxalq arenada mövqelərinin daha da möhkəmlənməsinə və bir sıra vacib sahələrdə mühüm uğurlara imza atmasına nail olmuşdur. Bunu Prezident İlham Əliyev son 19 illik fəaliyyəti, ən vacib məqam isə xalqımızın 30 illik yurd həsrətində olan xalqımız «Dəmir yumruq» siyasəti ilə 44 gün ərzində Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı ilə «Qarabağ Azərbaycandır»mıza qovuşmağımız. Dövlət başçısı bütün çıxışlarında, görüşlərində dönə-dönə vurğulayıb ki, bu gün postmünaqişə gündəliyinin formalaşmasında Azərbaycan öz sözünü deyir və bu söz həlledicidir.
Dövlət başçımızın söylədiyi kimi: “Sözüm imzam qədər qüvvətlidir!». Və bu gün son 19 illik prezidentlik dövründə İlham Əliyev verdiyi sözün arxasında dayanıb. Verilən bütün sözlər yerinə yetirilib: “Siyasi həyatımda heç vaxt olmayıb ki, mən söz verim və arxasında dayanmayım. Verdiyim bütün sözlər yerinə yetirilib. Digər tərəfdən, mən çox söz vermirəm, çünki nəticəni nümayiş etdirməyi üstün tuturam. Siz tamamilə haqlısınız ki, çoxlu sözlər danışılır, çoxlu bəyanatlar, açıqlamalar verilir, sonra isə onlar tamamilə yoxa çıxır və bu açıqlamaları, vədləri verənlər, onları ya unudur, ya da özlərini elə aparırlar”.
BİZ YALAN VƏDLƏRƏ ƏSASLANAN ÇOX SAYDA SİYASİ VƏ YA SEÇKİ KAMPANİYALARI GÖRMÜŞÜK, LAKİN BU, UĞURA GƏTİRİB ÇIXARMAYIB
Hələ bu günə kimi, seçki kampaniyalarında yalan vədlər heç bir uğur gətiməyib. Dövlət başçısı müsahibəsi zamanı bildirib ki, biz yalan vədlərə əsaslanan çox sayda siyasi və ya seçki kampaniyaları görmüşük: “Lakin bu, uğura gətirib çıxarmayıb, uğur yalnız müvəqqəti olub. Çünki insanlar hər şeyi çox yaxşı başa düşürlər. Onlar yadda saxlayırlar. Əgər siz vəd verib yerinə yetirməmisinizsə onlar sizi dəstəkləməyəcəklər. Mən hər zaman görülmüş işi nümayiş etdirməyi üstün tuturam və hər zaman planlarımızla bağlı insanlarla məsləhətləşirəm. Mənim Azərbaycan cəmiyyəti ilə çox açıq kommunikasiya kanalım var”.
İnsanlar hər şeyi çox yaxşı başa düşürlər və yadda saxlayırlar. “Əgər siz vəd verib yerinə yetirməmisinizsə, onlar sizi dəstəkləməyəcəklər»,-deyə Prezident İlham Əliyev onu da bildirdi: «İlk növbədə, siz xalqınızla dürüst davranmalısınız və onda insanlar sizi dəstəkləyəcəklər, sizə etibar edəcəklər”. Xalqla bir olmaq, dürüst davranmağın nəticəsidir ki, məhz 44 gün bəs etdi ki, dövlət başçımızın «Dəmir yumruq» siyasəti ilə Güclü, Müzəffər ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə Zəfər qazanaraq Qarabağ Azərbaycanımıza qovuşduq. 2003-cü ildə xalqın böyük etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev "Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm", - deyə inamla və qətiyyətlə söyləmişdi. Zaman xalqın Prezident İlham Əliyevə güvənini, dövlətimizin başçısının isə vədinə sadiqliyini təsdiqlədi. Artıq bu gün Azərbaycan böyük uğurla inkişafa doğru addımlayır.
BİZİM SİYASƏTİMİZ HƏR ZAMAN, SÖZÜN ƏSL MƏNASINDA, ƏMƏKDAŞLIĞA ƏSASLANIB, ÇÜNKİ BİZ QƏTİ SURƏTDƏ İNANIRIQ Kİ, YALNIZ ƏMƏKDAŞLIQ SAYƏSİNDƏ UĞUR QAZANA BİLƏRSİNİZ
Dövlət başçımız yenə də heç nədən və ya heç kimdən çəkinmədən, özünü dünyanın ağası kimi aparmaq istəyən dövlət başçılarına da açıq və səmimi bir mövqe ortaya qoydu: “Bəzi ölkələrin ambisiyaları, regionda və ya dünyada bir növ liderlik uğrunda mübarizə, potensialın, öz potensialının düzgün hesablanmaması, qarşınızdakının, opponentinizin olduğundan aşağı qiymətləndirilməsi. Bu, etimadsızlığa, gərginliyə və müharibələrə gətirib çıxarır. Bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslanıb, çünki biz qəti surətdə inanırıq ki, yalnız əməkdaşlıq sayəsində uğur qazana bilərsiniz”.
Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində Çinlə Azərbaycan arasında yaxşı münasibətlərin olduğunu da bildirdi: “Baxın, Çin dünyada ən çox uğur qazanmış ölkələrdəndir və dünyanın aparıcı iqtisadiyyatlarındandır. Siz buna öz əməyiniz, xalqınızın və ölkə rəhbərliyinin müdrikliyi və nəticəyönümlü səyləriniz sayəsində nail olmusunuz”. Prezident İlham Əliyev öz müsahibəsində vurğulayıb ki, Sədr Si Cinpinlə dəfələrlə görüşməsindən və gələcək əməkdaşlığın çox məhsuldar müzakirələr apardığını vurğulayıb: "Bir kəmər, bir yol» Sammiti çərçivəsində Pekində Sədr Si Cinpinlə görüşüm zamanı o məni Çinin böyük dostu adlandırdı”.
Bəli, bu gün düşdüyü dalandan çıxa bilmək üçün Ermənistanın yeganə xilas yolu isə Azərbaycanın təklif etdiyi sülh müqaviləsini imzalamaq, əməkdaşlıq münasibətləri yaratmaqdır. Bu, həm də Ermənistanın imzasının olduğu üçtərəfli bəyanatların şərt və tələbləridir. Çünki Azərbaycan Prezidenti İlham Əliyev regionda yeni reallıqların müəllifidir və postmünaqişə mərhələsinin ümumi geosiyasi mühitinin formalaşmasında əsas söz sahibidir və mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirir. Bəli, bu günün reallıqları onu göstərir ki, qələbəmizdən ötən iki il ərzində həm siyasi, həm də iqtisadi baxımdan mühüm nailiyyətlərə imza atan - SÖZÜ İMZASI QƏDƏR QÜVVƏTLİ OLAN LİDER Prezident İlham Əliyevin müsahibəsində dediyi kimi: “Mən demək olar ki, 20 illik prezidentliyim dövründə söylədiyim hər bir sözə görə məsuliyyət daşıya bilərəm. Millətimizin əldə etdiyi ən böyük nəticələrdən biri işğal altındakı ərazilərin 2 il əvvəl azad edilməsi oldu. Bu, həm də tarixi nailiyyət idi, bəlkə də ən mühüm tarixi nailiyyət”.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB