Ermənistanın baş nazirinin vətəndaş nikahlı arvadı Anna Akopyan bugünlərdə İranda oldu və bu olay nə qədər qəribə görünsə də İrəvanla Tehranın “qardaşlaşması” fonunda baş verdi. Qeyd edək ki, məhz bu ərəfədə İran İslam Respublikası adlandırılan ölkənin prezidenti İbrahim Rəisi Tehranda “Nüfuzlu qadınların beynəlxalq konqresi” adı altında tədbir keçirmək qərarını verib. Məqsəd bəllidir – İranda qadınlara qarşı hədsiz və çoxsaylı zorakılıqlar və onların hüquqlarının tapdanmasını pərdələmək, həmin “tədbir” vasitəsi ilə özünü təmizə çıxarmaq cəhdləri və s...
Lakin mövzu yalnız bundan ibarət deyil. Məsələ həm də ondadır ki, sözügedən teatralizə xarakterli “konqresdə” məhz 30 il boyunca Azərbaycan torpaqlarını işğala məruz qoyan, xüsusilə dini ocaqlarını, məscidlərini donuzxanalara çevirən bir ölkənin baş nazirinin arvadının orada bəh-bəhlə qarşılanması istər-istəməz suallar doğurur. Əbəs deyil ki, Akopyan orada Rəisinin arvadı Cəmilə Sadat Alamolhoda və İranın qadın işləri üzrə vitse-prezidenti Ənisə Hazali ilə səmimi görüş keçirib, ən hörmətli qonaq kimi qarşılanıb, üstəlik, klerikal rejimin dini mərkəzi – Qum hövzəsini də ziyarət edib!
Beləliklə, bu gün özünü “dünya müsəlmanlarının müdafiəçisi” kimi təqdim edib-sinəsinə döyən bir ölkənin necə deyərlər, “qulağının dibində” baş verən həqarətləri, təhqirləri görməzlikdən gəlməsinin, Qarabağdakı müsəlman qəbirlərinin, məcsidlərinin və müqəddəs pirlərinin məhv edilməsinin ardınca belə bir addıma da getməsi həqiqətən ikrah və hiddət doğurmaya bilməzdi!

Yaxud, bu gün Akopyanın ayağının altına qırmızı xallı döşəyən İran hakimiyyətinə Ermənistanın 30 il boyunca müsəlman Azərbaycana qarşı törətdiyi aqressiyasına qarşı ən azından etirazlı (!) fikir bildirməsi cəhdinə mane olan nə idi? Amma gözləməyə də dəyməzdi. Məgər həmin illər ərzində elə həmin məscidlərin tövlələrə, donuzxanalara çevrilməsinə göz yuman, əksinə, müsəlman azərbaycanlıların ev-eşiklərinin daşba-daş sökülməsində, Ermənistana, İrana daşınmasında, Qarabağ ərazisinin narkotrafikə çevrilməsində, bilavasitə iştirakçıya çevrilən də iranlı talançılar deyilmiydi???!!!
Ya da 44 günlük müharibədə Azərbaycanın qalib ordusunun irəliləməsinə maneə törədərək ciddi fəsadlara yol açmağa cəhd edən bir ölkənin rəhbərliyindən başqa nə gözləmək olardı ki..?! Əslində, İranın Azərbaycana qarşı riyakarlığından təəcüblənəməyə də dəyməz. Artıq belə bir fikir də formalaşıb cəmiyyətimizdə - ha İran olsun, ha Ermənistan, nə fərqi var ki?
İndiki zamanda, yəni müasir siyasi kataklizmlərdə ortaya çıxan növbəti isbat budur ki, Tehran rejiminin mollakrat rəhbərliyi öz maraqlarının təmin olunması üçün hətta İblisin özü ilə də təmaslar qurmağa hazırdır – təki güclənən və mühüm regional aktora çevrilən Azərbaycan Respublikasına qarşı hər-hansı bir idbar əməlini icra edə bilsin. Bilirsinizmi niyə? Ona görə ki, artıq Cənubi Azərbaycanda ayağa qalxan 30 milyonluq soydaşlarımız da artıq oyanıb, Təbriz, Zəncan, Ərdəbil, Xoy – bütün qədim və tarixi Azərbaycan torpaqları oyanıb və bu oyanış tehranlı başıəmmaməliləri ciddi şəkildə narahat edir. Görünür, onlar o qədər narahat olublar ki, hətta Nikol Paşinyanın arvadı, donuz əti yeyib, şərab içən Anna Akopyanın Qum dini hövzəsindəki məscidi mundarlaması belə həmin mollaların veclərinə deyil...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB