“Azərbaycanla Çin arasında yüksək səviyyəli dostluq əlaqələri mövcuddur” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycanla Çin arasında yüksək səviyyəli dostluq əlaqələri mövcuddur” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Bu il də Davos dünya iqtisadi forumunda ölkələrin dövlət və hökumət başçıları, dünyanın nəhəng şirkətlərin rəhbərlərinin prezident cənab İlham Əliyevlə görüşlərində Azərbaycana böyük maraq göstərdiklərini şahidi olduq. Prezident cənab İlham Əliyev görüşlərdə Azərbaycanın beynəlxalq səhmdarlarının özünə açıq olduğunu və biznesin inkişafı üçün ölkəmizdə onlar üçün hər cür şərait yaradıldığını bildirdi. Dünyanın ikinci ən böyük iqtisadiyatına malik Çin dövləti də Azərbaycanla iqtisadi əlaqələr qurmağa böyük maraq göstərir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, Prezident cənab İlham Əliyev yanvarın 17-də Davosda Çinin CGTN televiziya kanalına Azərbaycan-Çin əlaqələri, eləcədə Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycanın öz ərazisində böyük nəqliyyat logistika layihələrin keçirdiyi barədə müsahibə verdi: “Bu gün Azərbaycanla Çin arasında yüksək səviyyəli dostluq əlaqələri mövcuddur. Təsadüfi deyil ki, Çinin dövlət başçısı Si Cinpin Prezident cənab İlham Əliyevi "Çinin böyük dostu" adlandırmışdı. Bu hər iki dövlət başçılarının, eləcə də ölkələrin dost münasibətində olduğunun göstəricisidir. Hər iki dövlət arasında iqtisadi münasibətlə yanaşı siyasi münasibətlər də yüksək səviyyədədir. Azərbaycan və Çin həmişə bir birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyib.

Azərbaycanla Çin Orta Dəhlizin yaradılmasında əməkdaşlıq edir və bu dəhlizin reallaşmasına öz töhfələrini verirlər.
İnformasiya texnologiyaları sahəsini təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda fəaliyyət göstərir və enerji kənd təsərrüfatı yüksək texnologiyalar sahəsində də əməkdaşlıq əlaqələrin qurulması üçün də böyük perspektivlər mövcuddur”.

Deputat sözlərinə belə davam edib: “Yaxın zamanda Ələtdə istifadəyə veriləcək azad iqtisadi zonada Çin şirkətlərinin də fəaliyyət göstərmələrinə böyük ümidlər var. Azərbaycan "Bir kəmər, bir yol" təşəbbüsünə ilk gündən fəal şəkildə qoşulan dövlətlərdən oldu. Ölkəmiz Xəzər dənizində ən böyük ticarət limanını inşa etdi. Azərbaycan Xəzərdə yüklərin daşınması üçün qəmiqayırma zavodu inkişa etmişdir ki, bu da Şimal-Cənub marşrutu üzrə daşımanı daha da fəallaşdırdı. Azərbaycanda inşa edilən avtomagistral və istifadəyə verilən eləcədə yeni inşa ediləcək beynəlxalq hava limanları Şimal-Qərb marşrut xətlərilə yükdaşımalara böyük fayda verəcək.

Azərbaycan Çinlə yaşıl enerji sahəsində də əməkdaşlıq etmək niyyətindədir. Bu sahədə Azərbaycanda böyük potensial var, Çin isə bu sahədə yüksək texnoloji nəaliyyətlər qazanıb.

Bu gün böyük dövlətlərin liderləri Azərbaycanı özlərinə dost və tərəfdar ölkə görürlər. Siyasi liderlər vurğulayırlar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev verdiyi bütün vədləri yerinə yetirir.

Azərbaycan vətəndaşları da öz Prezidentinə inanır və cənab İlham Əliyev də seçildiyi ilk gündən Azərbaycana xalqına verdiyi bütün vədləri yerinə yetirib.

Bu gün biz şahidi oluruq ki, bəzi dövlət başçıları var ki, onların ambisiyaları, yürütdükləri qeyri-səmimi və yalnış siyasətləri nəticəsində xalqları müharibələrdən iqtisadi böhrandan əziyyət çəkirlər. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, bütün dünya ölkələrinin liderinin də hörmət və rəğbət bəslədiyi İlham Əliyev kimi bir lideri-dövlət başçısı var”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə