"Davos formu dünya iqtisadiyyatının inkişafında mühüm rol oynayır" - MİLLƏT VƏKİLİ BİLDİRDİ

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrəyə 19 dəfə səfər edib. Bu səfərlərin 15-i Davos forumu ilə bağlı olub". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

Millət vəkili qeyd edib ki, bu forum dünya iqtisadiyyatının inkişafında çox mühüm yer tutur: "Təsadüfi deyil ki, burada 52 ölkə başçısı, 1700-dən çox şirkət rəhbəri iştirak edirdi. Həmin forumda Azərbaycan dövlətinin Prezidenti Monteneqro, Litva, Latviya, Niderland, Hollandiya dövlətlərinin Prezidentləri ilə eyni zamanda dünyanın 8 qlobal təşkilatının rəhbərləri və dünya bankının rəhbəri ilə görüşdü. Görünən odur ki, dünyanın dörd bir tərəfindən Azərbaycana böyük maraq var. Keçirilən hər bir görüşdə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan-Ermənistan münasibətlərinə, Ermənistanın bizə qarşı olan mövqeyinə, Laçın dəhlizində baş verən hadisələrə, rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə təbii sərvətlərimizin talanması və s. barədə məsələlər diqqət çəkib. Ən böyük məsələlərdən biri enerji ilə bağlıdır. Xüsusən neft-qaz sahəsində olan Avropanın təchiz olunmasından böyük rola malik olan Azərbaycanın yeni imkanları meydana çıxıb. Bu da yaşıl enerji ilə bağlıdır. Yaxın illərdə Azərbaycan bir sıra dövlətlərin qoyduğu sərmayələr əsasında yeni enerji istehsal olunacaq ki, bu da Avropanın elektrik sisteminə qoşulacaq. Bütün bunlar haqqında cənab Prezident Davos forumunda məlumat verdi".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə