“Davos Forumunun çox böyük beynəlxalq əhəmiyyəti var” - MİLLİ QHT FORUMUNUN PREZİDENTİ

“Davos Forumunun çox böyük beynəlxalq əhəmiyyəti var” - MİLLİ QHT FORUMUNUN PREZİDENTİ

“Davos Forumunun çox böyük beynəlxalq əhəmiyyəti var və cənab Prezident İlham Əliyevin forumda iştirak etməsi, vacib görüşlər keçirilməsi, Çin televiziyasına müsahibə verməsi önəmli addımdır”. Bu sözləri SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.

O, sözlərinə belə davam edib: “Biz yenə də Azərbaycan haqqında dünya ictimaiyyətini məlumatlandırır, geniş informasiya təqdim edirik. Əlbəttə ki, yeni ölkələrlə və köhnə dostlarla görüşlər keçiririk.

Davos Forumumu bütün dünya izlədiyi üçün bir daha dünyaya cənab Prezident tərəfindən önəmli mesajlar verildi. Bunlar hamısı həm iqtisadi, həm siyasi, həm də beynəlxalq əlaqələrin inkişaf etdirilməsi baxımından çox vacib məsələlərdir və Azərbaycanın gələcək inkişafına xidmət edir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə