Nəsimi rayonunda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib ŞƏRH

Nəsimi rayonunda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib ŞƏRH

YAP Nəsimi rayon təşkilatının və Mənzil İnşaatı Dövlət Agentliyinin 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş birgə tədbiri keçirilib. Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və rayon təşkilatının Mənzil İnşaat Dövlət Agentliyi üzrə ərazi partiya təşkilatının sədr müavini, partiya fəalları və rayon ərazisində yaşayan 20 Yanvar şəhid ailələri və əlilləri iştirak edib. Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla böyük ehtiramla yad edilib. Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, 20 Yanvar faciəsinin qurbanları daim dərin hörmət və ehtiramla yad edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, cənab Prezidentin son imzaladığı sosial islahatlar paketi çərçivəsində 20 yanvar şəhidi ailələrinin müavinəti 20% və əlilliyi müəyyən edilmiş şəxslərin müavinətləri isə 15% artırılıb. 20 Yanvar Cəmiyyətinin Nəsimi rayon şöbəsinin sədri Tahir Fətullayev çıxışında dövlətimizin 20 Yanvar əlillərinə və şəhid ailələrinə göstərdiyi qayğıdan danışaraq bildirib ki, bu istiqamətdə Nəsimi rayonunda böyük işlər görülür. Tədbirin sonunda təşkilatçılar tərəfindən şəhid ailələrinə müvafiq yardımlar edilib.

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə