"Azərbaycan beynəlxalq birlikdə arzuolunan bir tərəfdaşdır" - DEPUTAT ŞƏRH ETDİ
“Hər il Davos forumunda iştirak etmək bir dövlət rəhbəri eyni zamanda böyük şirkətlərin nümayəndəsi üçün çox vacib bir beynəlxalq tədbir hesab edilir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.
Millət vəkili qeyd edib ki, cənab Prezident hər il bu cür beynəlxalq tədbirdə iştirak etməklə Azərbaycanın iqtisadi uğurlarının təqdimatını keçirdir, həmçinin digər ölkələrin nümayəndələri ilə görüşərək ikitərəfli münasibətlər müzakirə edir: “Bununla yanaşı yeni iqtisadi layihələr barəsində digər ölkələrlə transmilli şirkətlərin nümayəndələri ilə fikir mübadiləsi aparılır.
Bu gün Azərbaycan beynəlxalq birlikdə arzuolunan bir tərəfdaşdır. Cənab Prezident İlham Əliyevlə hər hansısa bir fikrin müzakirə edilməsi digər ölkələrin rəsmiləri üçün arzuolunan bir protokoldur. Ölkə başçısının ilk görüşləri onu göstərir ki, Azərbaycana olan maraq böyükdür. Həmçinin bizim əldə etdiyimiz uğurlar digər dövlətlər tərəfindən böyük diqqətlə qarşılanır. Xüsusilə də Azərbaycanın qeyri-neft sektorundakı qazandığı nailiyyətlər, İpək yolunun reallaşmasında verdiyi töhfə, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki fəal iştirakı rəğbət doğurur. Bütün bunlar bir daha göstərir, Azərbaycan Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və cənab Prezident İlham Əliyevin də apardığı siyasi kursla beynəlxalq birlikdə böyük hörmət qazana bilib. Prezidentin xarici siyasətdə olan uğuru onun daxili siyasətinin məntiqinin nəticəsidir. Ümumilikdə Azərbaycan bu gününün və sabahının qarşısında duran məsələlərin həllinə böyük dəstək olur. İnanırıq ki, bu səfərdə Azərbaycan üçün faydalı olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB