Azərbaycan beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınır ŞƏRH

Azərbaycan beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınır ŞƏRH

10 yanvar 2023-cü il tarixində Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində bir çox əhəmiyyətli məsələlərə toxundu. Prezidentin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsindən sonra əsas vəzifəmiz şanlı hərbi qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. 27 sentyabr 2020-ci il tarixində başlayan və erməni işğalı altında olan əzəli torpaqlarımızın azad edilməsi ilə nəticələnən zəfərimiz ən parlaq və şanlı tariximizdir. İndiki və gələcək nəsillərimiz bu tarixi hadisəni hər zaman qürurla xatırlayacaq və dövlətimizin, xalqımızın sınmaz iradəsi və qətiyyəti ilə fəxr edəcək. Azərbaycan yalnız hərb meydanında deyil, həmçinin siyasi, diplomatik sahələrdə də yüksək üstünlük qazanmışıq. İstər İkinci Qarabağ müharibəsi zamanı, istərsə də postmüharibə dövründə baş verənlər bunu sübut edir. Dövlət başçısının dünyanın tanınmış media orqanlarına verdiyi tutarlı və əsaslandırılmış, Ermənistanın və onun havadarlarının işğalçı mahiyyətlərini ifşa edən müsahibələr informasiya müharibəsində də qələbəmizə əsas oldu.

İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələrinin, eləcə də əlil olmuş hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi üçün islahalar davam etdirilir. Bu müddət ərzində Vətən müharibəsi zamanı əlil olmuş 379 hərbçi ən müasir protezlərlə təmin edilib. Azərbaycan bütün sahələrin inkişafını diqqətdə saxladığı kimi, sosial sahənin inkişafını da diqqətdə saxlayır və vətəndaşlarımıza layiqli həyat şəraitinin yaradılması üçün sosial siyasətini uğurla həyata keçirir. Şübhəsiz ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz və xalqımız bundan sonra da inkişaf edəcək, milli maraqlarımızın təmin edilməsi, yüksək tərəqqiyə, sülhə və təhlükəsizliyə hesablanmış qətiyyətli addımları öz müsbət nəticəsini qoruyub-saxlayacaq.

Sirr deyil ki, Azərbaycan bu gün dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı. Ona görə ki, dünyanın siyasi elitası yaxşı başa düşür ki, biz bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq. Yəni, müharibə bitsə də, mübarizə hələ davam edir. Ermənistan tərəfi bəyanata əsasən üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirməyib və havadarları ilə birgə revanşist açıqlamalarından əl çəkməyib. Amma Azərbaycan öz mövqeyində, davamlı sülhün və əmin-amanlığın təmin edilməsi üçün qətiyyətlə mübarizə aparır. Əminəm ki, biz qalib gələcəyik. Ona görə ki, biz haqq yolundayıq və bizim həm hərbi, həm siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz gücümüzü artırır. Ermənistan sülh müqaviləsinin imzalanması yönündə aparılan işlərə və danışıqlara öz töhfəsini verməli və bu məkrli planlarından əl çəkməlidir. Ona görə ki, regionun inkişafı davamlı sülhdən asılıdır və ancaq belə olacağı təqdirdə dövlətlərin və xalqların təhlükəsizliyi təmin edilə bilər.

Bu gün Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Təbii ki, bu imicin və etimadın formalaşmasının əsasları var. Belə ki, ölkəmizin özünün iqtisadi inkişafı, bu sahədə həyata keçirdiyi davamlı və səmərəli islahatların nəticələri, enerji sahəsində bir çox ölkələrlə, xüsusilə Avropa ilə mövcud əlaqələri bu etimadın formalaşmasında əhəmiyyətli rol oynayır. Azərbaycan birbaşa təşəbbüsü və iştirakı ilə regional və daha irimiqyaslı iqtisadi layihələr uğurla icra olunur, perspektivdə yeni layihələrin icrası nəzərdə tutulur. Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən mühüm təşkilatdır. 60 il öncə formalaşmış və hazırda dünyada BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına Azərbaycan tam hüquqlu üzv kimi qəbul olunub. Beş il sonra isə hərəkata üzv ölkələrin yekdil qərarı ilə Venesuelada keçirilmiş Zirvə görüşündə təşkilata sədrlik Azərbaycana həvalə edilib. BMT Təhlükəsizlik Şurasına uğurlu sədrlikdən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də respublikamızın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə