Prezident ikitərəfli münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə ümidvarlığını bildirib

Prezident Azərbaycanın NATO və Avropa Ittifaqı ilə əlaqələrinin genişlənməsində İtaliyanın töhfəsini yüksək qiymətləndirib
Prezident ikitərəfli münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə ümidvarlığını bildirib

Prezident İlham Əliyev Azərbaycan-NATO və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişlənməsində İtaliyanın verdiyi töhfəni yüksək qiymətləndirib.

SİA-nın əldə etdiyi məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev bunu İtaliyanın müdafiə naziri Quido Krosettonu qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanla İtaliya arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində uğurlu əməkdaşlıq aparılır.

Prezident, bununla yanaşı, Cənub Qaz Dəhlizinin səmərəli fəaliyyətini vurğulayıb.

İlham Əliyev Quido Krosettonun Azərbaycana səfərinin həm ölkələrimizin aidiyyəti qurumları arasında, həm də daha geniş mənada əməkdaşlığın möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirib, ikitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə ümidvarlığını ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə