“Cənab Prezident İlham Əliyevin yerli televiziya kanalları nümayəndələrinin suallarına mahiyyətinə görə dərin, məzmunca çox geniş olub keçdiyimiz yola yekun vurur və gələcək hədəflərimizi müəyyənləşdirirdi. Cənab Prezidentin verdiyi cavabları bir neçə qrupda sistemləşdirmək olar. Daxili siyasət islahatlar davam etdiriləcək, tətbiq olunan yeni strukturlar tədricən ölkənin digər yerlərinə də şamil ediləcək və göründüyü kimi bu sahədə atılan addımlar uğurludur”. Bu sözləri Cənab Prezident İlham Əliyevin yerli KİV-ə verdiyi müsahibə ilə əlaqədar olaraq SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.
Onun sözlərinə görə, sosial siyasətdə hökumətin konkret proqramları var: “Əhalimizin şəraiti daha da yaxşılaşdırılacaq. Qarabağda tikinti-quruculuq işlərinin davam etdiriləcəyi və Laçın-Şuşa-Xankəndi yolunda dinc aksiya keçirən gənclərin öz hədəflərinə çatmaya qədər orada olacaqları qeyd edilib. Cənab Prezidentin aksiya iştirakçıları ilə bağlı dediyi sözlər bütün millətimizin ürəyindəndir.
Dövlət başçımız xarici siyasət sahəsində hədəfləri müəyyənləşdirdi. Azərbaycanın beynəlxalq nüfuzu güclənib, təsir dairəsi artıb. Digər tərəfdən dünyanın gələcək idarəçiliyinin necə olacağı ilə bağlı dövlət başçımızın fikirləri göstərdi ki, həqiqətən cənab Prezident İlham Əliyev zəmanəmizin görkəmli dövlət, siyasi xadimi və strateqidir.
Şübhəsiz ki, Rusiya-Ukrayna müharibəsindən sonra dünya əvvəlki kimi olmayacaq.
Cənab Prezidentin Ermənistanla münasibətlərə dair dediyi fikirlər konkret və dəqiq idi. O sözlər hər birimizdə qürur hissi yaradır. Bir daha göstərir ki, dövlətimizin çox gözəl gələcəyi var”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB