“Sülhməramlılar vəzifələrini vaxtında və dəqiq yerinə yetirməlidirlər” - HULUSİ KILIÇ
“Rus Sülhməramlıları Azərbaycan ərazilərində vəzifələrini yerinə yetirirlər”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA”, Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.
H.Kılıçın sözlərinə görə, sülhməramlılar 2020-ci il üçtərəfli razılaşmaya əsasən Azərbaycanın suveren ərazisi sayılan və dünya birliyi tərəfindən qəbul edilən Qarabağda fəaliyyət göstərməyə başlayıb: "Bu razılığa görə sülhməramlılar bölgədə yaşayan ermənilərlə hər hansı bir problem yaşanmasının qarşısını almalıdırlar. Yəni təhlükəsizliyi təmin etmək üçün çalışmalıdırlar. Lakin bunu unutmamalıyıq ki, vəzifələrini yerinə yetirdikləri torpaqlar Azərbaycan ərazisidir. Azərbaycan tərəfi monitorinq həyata keçirmək istəyir. Sülhməramlılar isə buna icazə vermir. Bu sülhməramlıların vəzifəsinə aid deyil. Azərbaycan tərəfi istədikləri yerdə monitorinq apara bilər. Azərbaycan ərazisindəki sərvətlər azərbaycanlılara aiddir. Azərbaycan torpaqlarındakı ekoloji terror törədən ermənilərin önünə də Azərbaycan keçməlidir. Sülhməramlılar Azərbaycanın təbii sərvətlərinin başqa tərəfə axıdılmasına icazə verməməlidirlər. Əgər icazə verirlərsə demək ki, cinayət törədirlər. Belədirlərsə, o zaman Azərbaycan ərazisində sülhməramlı kimi fəaliyyətləri dayandırılsın. Əgər sülhməramlılar orda qalırsa, vəzifələrini vaxtında və dəqiq yerinə yetirməlidirlər. Azərbaycan ərazisində qalaraq erməniləri dəstəkləyirlərsə, o zaman onların adı sülhməramlı, yox erməniməramlı olar.
Xalqın və ekofəalların, QHT-lərin Şuşada, Laçın-Xankəndi yolunda keçirdikləri aksiyaları Türkiyə yaxından izləyir və dəstəkləyir. Onların haqlı tələbləri var və bu aksiyalar mülki insanların keçirdiyi zərərsiz aksiyalardır. Heç bir zaman bu aksiyalar yardımlara və sülhməramlılara əngəl olmadı. Qara və soyuğa baxmayaraq, Azərbaycan gəncləri Şuşada Laçın- Xankəndi yolunda aksiya keçirir. Bu onu göstərir ki, azərbaycanlı gənclərinin Vətən və torpaq şüurlarında zirvəyə çatıb. Azərbaycan fəalları nə istəyir? Birinci bunu qeyd edim ki, azərbaycanlıların keçirdikləri aksiyaya əngəl olunmamalıdır. Ermənilərin Azərbaycan torpaqlarında ekoloji terroruna son qoymaq lazımdır. Ermənistanla Laçın istiqamətində sərhəd və gömrük postları yaradılmalıdır. Bu Azərbaycanın ən birinci haqqıdır. Azərbaycan torpaqlarına qanunsuz silah daşımağı dayandırılmalıdır. Bu tələb və istəklər mütləq qarşılanmalıdır. Ermənilərin işğalçı və terror dövləti kimi tanınmasının əsas səbəblərindən biri Fransadır. Bu Fransanın siyasətidir. Fransa bölgədə qarışıqlıq yaradaraq və sülhün tənzimlənməsini gecikdirməyə çalışır. Ermənistan xaricdən idarə olunmağı dayandıraraq özünə qayıtmalıdır. Ermənistan indiyə qədər hər zaman kimlərinsə idarəçiliyi altında yaşayıb. Hətta Ermənistanda yaşamayan diaspora və kilsə belə Ermənistana qarışır. Ermənistan bir dövlət kimi tez bir vaxtda sülhün sabitliyin yaradılmasına və inkişaf prosesinin sürətlənməsinə təkan verməlidir. Son olaraq bildirməliyəm ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır, Azərbaycana atılan səhv addım Türkiyəyə atılan yalnış kimi qiymətləndirilir".
Qönçə QULİYEVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB