"“Heydər Əliyev İli" sülh, əmin-amanlıq və inkişaf ili olacaq” - MÜNASİBƏT BİLDİRİLDİ

"“Heydər Əliyev İli" sülh, əmin-amanlıq və inkişaf ili olacaq” - MÜNASİBƏT BİLDİRİLDİ

“Ulu Öndər Heydər Əliyevin 100 illiyinin 2023-cü ildə keçirilməsi ölkəmiz üçün mühüm hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin əsasını qoymuş və ölkəmizin regionda güclü dövlətə çevrilməsi məhz bu şəxsiyyətin adı ilə bağlıdır: “Heydər Əliyev xalqımızı və dövlətimizi vətəndaş müharibəsindən, xaosdan və müharibədən xilas edərək ölkəni sabit və inkişaf mərhələsinə qədəm qoyan bir dövlətə çevirmişdir. Bu gün də Ulu Öndərin siyasəti uğurla davam edir, onun zəngin dövlətçilik təcrübəsi, ənənəsi və Azərbaycançılıq ideologiyası bu gün Azərbaycanın əsas ideoloji bazasıdır. 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması ölkəmizdə bu fenomenal şəxsin irsinin daha çox araşdırılması, daha geniş şəkildə anılması və beynəlxalq səviyyədə də qeyd olunmasına xidmət edəcək.

İnanırıq ki, "Heydər Əliyev İli" sülh, əmin-amanlıq və inkişaf ili olacaq. Bu gün yetişən yeni nəsil, gənclər Ulu Öndərin həyat və fəaliyyətini dərindən araşdırmalı və öz şəxsi həyatında nümunə kimi götürməlidir”.

Vüqar Əhmədov sözlərinə belə davam edib: “Heydər Əliyev məhz öz gücünə, savadına, qabiliyyətinə və şəxsi nüfuzuna görə SSRİ kimi böyük bir dövlətin siyasi pillələrindən uğurla irəliləyə bilmişdir. Azərbaycan xalqı qürur duyur ki, məhz belə bir övlada və liderə sahib olub. Heydər Əliyev dühası bu gün də beynəlxalq səviyyədə qəbul olunur və hörmətlə anılır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə