ABŞ ilə Aİ-na üzv dövlətlərin siyasəti arasında ziddiyyətlər olacaq. Avropa İttifaqı Zelenskini sülh masasına gətirmək istəyir. Çünki Avropa İttifaqına üzv ölkələr Rusiya və Ukrayna müharibəsindən və yaranan vəziyyətdən çox əziyyət çəkdilər. Sanksiyalar Avropa İttifaqını vurdu. Görünür ki, Aİ açıq şəkildə zərərdə, ABŞ isə mənfəətdədir. Onlar, xüsusilə, enerji xərcləri baxımından təsirləndilər. Alman sənayesi demək olar ki, çöküb. Avropada artıq daxili ictimai rəy hökumətlərə təzyiq göstərir, ictimaiyyət narazıdır. Aİ Zelenskini sülh masasına gətirə bilməsə, daha çox siyasi dəyişikliklər olacaq. Almaniya kimi digər Aİ ölkələrində siyasətçilər, ictimai rəy və ya qanunvericilər təzyiqlə üzləşirlər. Sülh razılaşması, müharibənin dayandırılması və normal həyatın bərpası üçün təzyiqlər artır. Aİ bürokratiyası ilə üzv dövlətlərin siyasətləri arasında ziddiyyətlər yaranmağa başlayıb. Almaniya və ya digər Avropa ölkələrinin yüksək müdafiə xərcləri, yaşayış və enerji xərcləri, Ukraynaya həddindən artıq yardım kimi vəziyyətlər, xüsusilə, qışda insanlar üçün ciddi problemlər yaradır. Bu da təzyiq elementi olacaq. Yəni, təkcə Ukraynaya edilən yardım deyil, Avropanın yenidən müharibə vəziyyətinə gətirilməsi, silahlanması kimi vəziyyətlər də sual altına düşəcək. Ukrayna böhranında danışıqlara çağırışlar dərinləşdikcə, Kiyev administrasiyası Aİ liderlərinin sülh danışıqları ilə bağlı addımlarını “mənasız və gülünc” hesab edir.
Bəs, Ukrayna 2023-cü ildə Rusiya ilə sülh masasına oturacaqmı?
2023-cü ilin daxil olması ilə keçən ilin fevral ayından davam edən Ukrayna və Rusiya müharibəsinin bu il həll edilib-edilməyəcəyi gündəmə gəlib. BMT-də “sülh sammiti” təşkil etmək təklifləri var. Liderlər 2023-cü ilin girməsi ilə yeni danışıqlar başladıb.
Əksəriyyəti Avropa ölkələrindən ibarət olan NATO-nun baş katibi Yens Stoltenberq sülhə gedən yolun Kiyev administrasiyasına hərbi dəstəkdən keçdiyini təkid edir. Amma Aİ ölkələri bu məsələdə də Stoltenberqlə razılaşmır. Məsələn, İtaliyanın baş naziri Giorgia Meloni İtaliyanın sülh prosesinin təminatçısı olmağa hazır olduğunu, buna görə də fevralın 24-də əməliyyat başlamazdan əvvəl Kiyevə gedəcəyini və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcəyini açıqlayıb.
2023-cü ilin ilk sülh danışıqlarına çağırış edənlər Avstriya və Hindistanın xarici işlər nazirləri Alexander Schallenberg və Subramanyam Jaishanka idi. Yanvarın 2-də ikisi Vyanada görüşdü və danışıqlara qayıtmağa çağıran liderlər sırasında yer aldı.
Sülhə çağıran Avropa liderləri Kiyevdə 
Moskva ilə sıx əlaqələrin sülhün təmin edilməsi üçün istifadə edilməsi lazım olduğuna və Ukraynanın ABŞ-dan maliyyə və hərbi yardım aldığı müddətcə sülhdən danışa bilməyəcəyinə işarə edən Macarıstanın baş naziri Viktor Orban Kiyev rəhbərliyinin hədəfində olub.
Fransa prezidenti Emmanuel Makronun NATO-nun mümkün sülh danışıqları üçün Rusiyaya “təhlükəsizlik zəmanəti” verməli olduğu barədə açıqlamaları da Ukrayna administrasiyası tərəfindən tənqid edilib. Bu tənqidçilərin fikrincə, Moskvaya verilə biləcək yeganə təhlükəsizlik zəmanəti “Rusiyanın nüvəsizləşdirilməsi və ordusunun tərksilahı” ola bilər. Digər tərəfdən, Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak “bəzi Qərb siyasətçilərinin” Rusiya və Ukrayna arasında danışıqlara çağırışlarını “gülünc” adlandırıb. Buna sərt dillə reaksiya verən Makron “Mənə əxlaq dərsi verənlər kiminlə masa arxasında oturacaqlarını mənə izah etsinlər” deyib.
Aİ insanları hesab edir ki, Qərb Ukraynanı danışıqlara məcbur etməlidir.
Donbass əməliyyatı ilə Rusiyaya qarşı ard-arda sanksiya paketlərini açıqlayan Aİ, bu embarqolar səbəbindən enerji və iqtisadi böhranla üzləşməsi avropalıları qəzəbləndirib. 2022-ci ilin sonuna doğru etirazların və tətillərin artdığı Aİ ölkələrində ictimaiyyət siyasətçilər üçün böyük təzyiq mənbəyi olmaqda davam edir. Aİ əhalisinin 80 faizindən çoxu Ukrayna üzrə sülh danışıqlarının aparılmasını istəyir. Danışıqları daha çox Brüsselin sanksiya paketlərinin əksəriyyətini qəbul etməyən Avropanın cənub ölkələri dəstəkləyir.
Zelenski diplomatlarının 2023-cü il vəzifələrinə sülhü daxil etməyib.
Qərb liderlərindən tez-tez müxtəlif silahlar və hava hücumundan müdafiə sistemləri tədarükü tələb edən Zelenski Fransanın "LCI" telekanalına verdiyi müsahibədə bəzi ölkələrdən Rusiya ilə danışıqlara çağırışlar eşitdiyini, lakin “heç bir məna görmədiyini” deyib. Hazırda Zelenski 2023-cü ildə ölkə diplomatiyasının əsas vəzifələrini açıqladığı çıxışında olduğu kimi, Rusiya ilə sülh danışıqlarını da məqsədləri sırasına daxil etmir. Əksinə, Kreml tez-tez vurğulayır ki, Zelenskinin özü də bilir ki, “istəsə” Ukraynada hərbi əməliyyatlar sabah bitə bilər.
Qönçə Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB