"Hazırda banklar müştərilərinə geniş çeşidli xidmətlər göstərir" - DEPUTAT DANIŞDI
"Azərbaycanda maliyyə-bank sektorunun inkişafı və institusional potensialın gücləndirilməsi iqtisadi diversifikasiyanın, qeyri-neft sektorunun maliyyələşdirilməsinin, eləcə də ölkənin qlobal bazarlarda rəqabət qabiliyyətinin artırılmasının əsasıdır".
Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.
_(1).jpg)
Onun sözlərinə görə, bu proses dayanıqlı iqtisadi artımı təmin edir və biznes mühitini beynəlxalq standartlara uyğunlaşdırır: "Ümumiyyətlə Azərbaycanda Bank sisteminin bütün istiqamətləri üzrə həyata keçirilən islahatlar və institusional inkişaf nəticəsində bank sektorunda kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermişdir. Bunun nəticəsi olaraq bank sektorunda maliyyə sabitliyi parametrlərinə, risk menecment təcrübəsinə və xidmət şəbəkəsinə görə beynəlxalq standartlara tam uyğun bank sistemi formalaşmışdır.
Hazırda banklar müştərilərinə geniş çeşidli xidmətlər göstərir və pərakəndə bank xidmətləri sürətlə inkişaf edir. Əhaliyə bank məhsulları internet-bank, sms-bank, mobil-bank, avtomatlaşdırılmış bank köşkləri kimi ən müasir texnoloji vasitələrlə təklif edilir.
Müasir bazar iqtisadiyyatı şəraitində bankların verdiyi kreditlər nəticəsində iqtisadiyyatın ayrı-ayrı sahələrinin maliyyələşdirilməsi məhz bank sektorunun iqtisadiyyatın inkişafında rolunun əsas göstəricisinə çevrilib.
Bank işinin inkişafı və daha da modernizasiyası üzrə qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi bank sisteminin inkişafının pozitiv dinamikasını saxlamış, bankların maliyyə vasitəçiliyində rolunu daha da möhkəmləndirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB