Halal sektorunda istehlakçı xərcləri 2,6 trilyon dollara çatıb...

...hələ 2024-cü ildə

...Müsəlman istehlakçılarının halal həyat tərzi sektorlarında xərcləri 2024-cü ildə 2,6 trilyon dollara çatıb.

SİA xəbər verir ki, bu məlumatlar DinarStandard tədqiqat şirkəti tərəfindən hazırlanan 2025/2026-cı illər üçün "Qlobal İslam iqtisadiyyatının vəziyyəti" hesabatında yer alıb.

Hesabatda altı əsas sektorda xərclər nəzərə alınıb: halal qida, əczaçılıq, kosmetika, mühafizəkar moda, turizm, media və əyləncə...

Halal qida sektoru həcm baxımından ən böyük sektor olaraq qalır və müsəlmanlar 2024-cü ildə buna 1,53 trilyon dollar xərcləyiblər.

2029-cu ilə qədər bu rəqəmin 2,06 trilyon dollara çatacağı proqnozlaşdırılır.

Ən sürətlə böyüyən sektor halal turizmdir və 2024-cü ildəki 249 milyard dollardan 2029-cu ilə qədər proqnozlaşdırılan 424 milyard dollara yüksəlib...

Bu artım turizm sənayesinin pandemiyadan sonra bərpası və dini səyahətçilər üçün infrastrukturun inkişafı ilə əlaqələndirilir.

Hesabata görə, halal iqtisadiyyatına qlobal xərclər 2029-cu ilə qədər 3,56 trilyon dollara, İslam maliyyə aktivləri isə 9,72 trilyon dollara çata bilər.

Hesabat İstanbulda Türkiyə Prezidentliyinin İnvestisiya və Maliyyə İdarəsi tərəfindən İbn Xəldun Universiteti ilə tərəfdaşlıqda təşkil edilən tədbirdə təqdim edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə