Ağcabədidə qazi Dilafət Bəndaliyevin ailəsi ziyarət olunub FOTOLAR
YAP Ağcabədi rayon təşkilatının əməkdaşları şəhid ailələri və qazilərlə görüş proqramı çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə Ağcabədi şəhəri Qarabağ küçəsində yaşayan Vətən Müharibəsi qazisi Bəndaliyev Dilafət Asif oğlunun ailəsini ziyarət ediblər. Görüş zamanı Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov qazi və onun ailəsini salamlamış, çay süfrəsi arxasında görüş səmimi surətdə davam edib. R.Əhmədov söhbət zamanı bildirib ki, Zəfər qələbəsinin qazanılmasında xüsusi xidmətləri olmuş bütün Azərbaycan oğullarının, o cümlədən qazi Dilafət Bəndalıyevin böyük xidmətləri olub.
Təşkilat sədri onu da qeyd edib ki, möhtəşəm qələbənin qazanılmasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük savaşda xalqın dəstəyini daim arxasında hiss edən qüdrətli ordumuzun gücü ilə ərazi bütövlüyümüz təmin olundu. Bu Qələbə böyük bir tarixi hadisə kimi dünya azərbaycanlılarının qəlbində bir çıraq yandırmışdır. Görüş zamanı qazi Dilafət Bəndalıyev keçdiyi döyüş yolundan, ağır döyüş şəraitində yaralanmağından və müharibə zamanı döyüş yoldaşlarının göstərdiyi şücaətlərdən qürurla söhbət açıb. Qazinin ailə üzvləri bayram ərəfəsində onları ziyarət etdiklərinə görə, təşəkkür etmiş, YAP Ağcabədi rayon təşkilatına, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse prezidenti, xeyriyyəçilik ənənəsini qoymuş Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.
Görüşün sonunda qazinin ailə üzvləri və qonaqlar xatirə şəkli çəkdirib.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB