"İranın bəzi ermənipərəst mövqeyi bizi də narahat edir” - ƏRDOĞANIN SÖZÇÜSÜ

"İranın bəzi ermənipərəst mövqeyi bizi də narahat edir” - ƏRDOĞANIN SÖZÇÜSÜ

“İranda baş verənlər üzücü və narahatedicidir”. SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın NTV telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, İranda əxlaq polisi ilə bağlı bəzi müzakirələr başladı. “Ümid edirəm ki, bu, əsas hüquq və azadlıqları qoruyan bir struktura çevriləcək. İran administrasiyasının bu istiqamətdə qətiyyətinin olduğunu görürük. İranın bəzi ermənipərəst mövqeyi Azərbaycan tərəfi kimi bizi də narahat edir”,- deyə Kalın bildirib.

O qeyd edib ki, bunlar İran tərəfi ilə müzakirə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə