Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, məktubda deyilir:
"Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Zati-alinizə və ailənizə möhkəm cansağlığı, ömür boyu xoşbəxtlik arzulayıram.
Zati-alinizin humanist, müdrik siyasəti sayəsində Azərbaycan Respublikası dünyada gündən-günə etibarını möhkəmləndirir.
Möhtərəm Prezident, fürsətdən istifadə edərək cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Türkiyə və Azərbaycan arasında böyük layihələrin reallaşmasını təmin etdiyinizə görə təşəkkürümü bildirirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB