YAP Biləsuvar rayon təşkilatı 2022-ci ilə yekun vurdu - FOTOLAR
İclasda YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşkilatın aparatının əməkdaşları, ərazi partiya təşkilat sədrləri və Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov iştirak etmişlər. İclasın əvvəlində partiyanın qurucusu, Ulu Öndər Heydər Əliyev, dünyasını dəyişmiş partiya üzvləri və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımız bir dəqəlik sükutla yad edildilər.
Gündəliydə duran məsələlər barədə məlumat verən K. Qurbanlı ətraflı çıxış etdi. 2022-ci il ərzində YAP Biləsuvar rayon təşkilatının həyata keçirdiyi tədbirlər, görülmüş işlər barədə geniş şərh verərək Ərazi partiya təşkilatlarının fəaliyyətini dəyərləndirdi. İl ərzində yol verilmiş nöqsanlar və mövcud çatışmazlıqlarla bağlı iradlarını qeyd etdi. Gündəlikdəki 1-ci məsələ ilə bağlı ƏPT sədrlərindən Talıbağa Talıbov, Balaqardaş Kazımov, ƏPT sədrinin müavini Rəşadət Əsgərov çıxış etdilər. YAP rayon təşkilatının cari ilə ərzindəki fəaliyyəti ətraflı təhlil olundu.
Gündəlikdə duran 2-ci məsələ haqqında çıxış edən K.Qurbanlı qarşıda duran vəzifələr, 2023-cü ildə həyata keçirilməsi planlaşdırılan tədbirlər və bunula əlaqədar görüləcək işlər barədə məlumat verdi. 2023-cü ilin Respublikamızda “Heydər Əliyev ili” elan olunduğunu bildirən natiq bu il çərçivəsində tədbirlərin təşkili üçün müvafiq planların hazırlanması ilə əlaqəli tapşırıqlarını verdi.
Gündəlikdəki 2-ci məsələ ilə əlaqədar ƏPT sədrlərindən Xalid Əliyev, Ağabəy Ağayev, Əli Əliyev, Rəfael Babayev, Mirhənifə Mirsultanov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov çıxış edərək öz münasibətlərini bildirdilər. Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edildi, aidiyyatı üzrə tapşırıqlar verildi. Tədbirin sonunda iclasın sədri K.Qurbanlı iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni təqvim ili ilə əlaqədar təbrik edərək onlara öz arzularını çatdırdı. Tədbirin sonunda iştirakçılarla xatirə şəkli çəkdirildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB