"Ölkə başçısının çıxışı bir strateji yol xəritəsi kimi qiymətləndirildi" - POLİTOLOQ ŞƏRH ETDİ

"Ölkə başçısının çıxışı bir strateji yol xəritəsi kimi qiymətləndirildi" - POLİTOLOQ ŞƏRH ETDİ

"Bildiyimiz kimi 2-ci Qarabağ müharibəsindən sonra ölkə başçımız cənab İlham Əliyev şəhid ailələri ilə görüşdə birinci dəfə olaraq Qərbi Azərbaycanlıların öz doğma dədə-baba torpaqlarına qayıtmaları ilə bağlı məlumat vermişdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Amid Əliyev deyib.

Onun sözlərinə görə, bu Azərbaycan xalqının tarixində siyasi bir hüququnun olmasını təsdiq etdi. Məhz bundan sonra bu ilin 24 dekabrında ölkə başçısı bu məsələnin konsektual şəkildə Azərbaycan dövləti qarşısında olduğunu daha geniş ictimaiyyətə bəyan elədi. Birinci görüşdən fərqli olaraq ikinci görüşdə bu məsələyə nəzəri, hüquqi və siyasi aspektlərdən yanaşılmasını ortaya qoydu. Qərbi Azərbaycan İcması qarşısında ölkə başçısının çıxışı sanki bir strateji yol xəritəsi kimi qiymətləndirildi.

Prezident dedi ki, biz zamanı gələndə oralara qayıdacağıq. Bizim ora geri dönməyimiz tank üzərində müharibə formasında deyil, sivil formada o torpaqlara geri qayıdacağıq. Azərbaycanlılara aid olan bu torpaqlarımıza gec-tez qayıdacağıq. Bu konsepsiyanın hazırlanması, ölkə başçısının bu çıxışı bir daha onu göstərir ki, Azərbaycan dövləti və azərbaycanlılar heç bir zaman bizim əlimizdən zorla alınıb ermənilərə verilən o əraziləri ermənilərdə qalmasını unutmayacaqlar. Gec-tez həmin torpaqlara yenidən geri qayıdacayıq".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə